Bu gün Avropanın, eləcə də ABŞ, Kanada, Yaponiya, Avstraliya və digər dövlətlərin böyük şəhərlərində “Rusiyada azad və ədalətli seçkilər uğrunda!” şüarıyla mitinq keçirilməsi planlaşdırılır.Aksiya ilə bağlı sosial şəbəkələrdə xüsusi qruplar yaradılıb. Onların vasitəsilə aksiyada iştirak etmək istəyənlərin təxmini sayını müəyyənləşdirmək mümkündür.Məlumata görə, aksiya iştirakçılarının əllərində müxtəlif dillərdə “Onlar bizim səsimizi oğurlayıblar!” yazılmış plakatlar olacaq.Qeyd edək ki, bu, xaricdə yaşayan rusların kütləvi şəkildə küçələrə axışmasıyla bağlı ilk haldır.
Putin əleyhinə etirazlar bütün dünyaya yayıldı
•