Sən demə, əfsanəvi aktrisa Merlin Monro Koreyada döyüşə qatılan Türk əsgərlərinə mənəvi dəstək vermək məqsədilə onları ziyarət etmiş və onlarla xatirə şəkilləri çəkdiribmiş.
Ankaralı iş adamı və kolleksiyaçı Məhəmməd Yüksəlin arxivində yer alan fotoşəkildə Monro bir qrup Türk əsgərlərinin arasındakı kürsüdə oturub. Fotoşəkil 1954-cü ilin yadigarıdır. Görüntüdə Monronun əynində Türk əsgərinin forması diqqəti çəkir.