ACP-nin yerli şöbəsinin sədri Baxşeyiş Səfiyev deyir ki, qardaşının boynuna etmədiyi cinayətləri qoymaq istəyirlər
Açıq Cəmiyyət Partiyasının(ACP) Ağcabədi rayon şöbəsinin sədri Baxşeyiş Səfiyevin 17 aprel mitinqində həbs edilən qardaşı Qaçay Səfiyev qanunsuz olaraq MTN-nin təcridxanasında saxlanılır. Baxşeyiş Səfiyev “Azadlıq”a bildirib ki, qardaşı aprel ayının 18-də MTN-nin əməliyyatçıları tərəfindən həbs edilib.
“O vaxt Ağcabədidən 4-5 adam tutmuşdular. Məhkəmə MTN-nin sifarişiylə onun barəsində həbs-qətimkan tədbiri seçib. Məndə olan məlumata görə, onun cibindən narkotik ”tapıblar”. Hətta bu doğru olsa belə işi polis aparmalıdır, MTN yox. Qardaşımın MTN-də saxlanılması etmədiyi cinayətləri də onun boynuna qoymaq üçün lazımdır. Ona işgəncə verirlər. Dəfələrlə Işgəncələr Əleyhinə komitənin sədri Elçin Behbudovu onun yanına göndərmişəm. Lakin heç bir nəticə yoxdur”.
Baxşeyin Səfiyevin sözlərinə görə, qardaşı bundan əvvəl də həbs edilib. Bu həbs də siyasi motiv daşıyıb: “Onun 2003-cü ildə keçirilən prezident seçkisinə tutmuşdular. O zaman ona 11 il iş verdilər. Lakin cəzasının 3/2-ni çəkdiyinə görə ”komendatura”ya buraxdılar”.
ACP-ni şöbə sədri bildirir ki, ailəlikcə müxalifətçi olduqlarına görə onlara qarşı bu cür təzyiqlər edilir.
Mövzunu diqqətdə saxlayacağıq.
Informasiya şöbəsi