“Trabzonspor” ÇL-də mübarizəni dayandırdı

Bu axşam Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma baş tutub.

A qrupunun lideri “Bavariya” səfərdə “Mançester Siti”nin qonağı olub. Növbəti mərhələyə çıxmaq şansını saxlayan “şəhərlilər” bu görüşdə mütləq qələbə qazanmalı idi ki, buna nail olub. Lakin “Mançester təmsilçisi növbəti mərhələyə adlaya bilməyib. Buna səbəb isə qrupun digər qarşılaşmasında isə “Vilyareal” öz meydanında “Napoli”yə məğlub olmasıdır.

Azərbaycan futbolsevərlərinin bütün diqqəti isə yenidən B qrupunda keçiriləcək oyunlara yönəlib. Burada növbəti mərhələyə çıxmaq şansını hələ də saxlayan Türkiyənin “Trabzonspor” klubu səfərdə “Lill”in qonağı olub. Bu görüşdə qazanılacaq bir xal da Türkiyə təmsilçisini qane edə bilərdi. Ancaq bunun üçün qrupun digər matçında CSKA (Moskva) “İnter”lə oyunda xal itirməli idi. Lakin Moskva təmsilçisi “Trabzonspor”un xal itkisindən maksimum yararlanaraq növbəti mərhələyə vəsiqə qazanıb. Türkiyə təmsilçisi isə bundan sonra Avroliqada yarışacaq.

C qrupunda qrup lideri “Benfika” öz meydanında “Otselul” (Qalats) klubu ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Meydan sahibləri bu oyunda qələbə qazanmaqla qrup birinciliyini özləri üçün təmin ediblər. Qrupun digər matçında isə sensasiya qeydə alınıb. “Bazel” doğma azarkeşlər önündə “Mançester Yunayted”i məğlub etməklə növbəti mərhələyə yüksəlib. “Mançester Yunayted” 9 xalla qrupda qalıb.

D qrupunun ikincisi “Ayaks” isə doğma azarkeşləri qarşısında Madridin “Real” klubunu qəbul edib. Növbəti mərhələyə çıxmaq üçün Amsterdam təmsilçisini bu oyunda 1 xal da qane edirdi. Lakin “Real” rəqibinə heç bir şans verməyib. Qrupun digər matçında isə Fransa “Lion”u Zaqrebdə “Dinamo” biabır edib. Fasiləyə 1:0 hesabı ilə məğlub yollanan “Lion” ikinci hissədə rəqibini 7 dəfə məyus edib.

Qeyd edək ki, artıq Çempionlar Liqasında 1/8 finalın növbəti iştirakçıları da müəyyələşib. Beləliklə, A qrupundan “Bavariya”, “Napoli”, B qrupundan “İnter”, CSKA (Moskva), C qrupundan “Benfika”, “Bazel” və nəhayət  D qrupundan “Real” (Madrid) və “Lion” klubları 1/8 finala vəsiqə qazanıblar.

7 dekabr

Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları

A qrupu

23:45. “Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya) – 2:0
Qollar: Silva, 36 (1:0), Ture, 52 (2:0)

23:45. “Vilyareal” (İspaniya) – “Napoli” (İtaliya) – 0:2
Qollar: İnler, 65 (0:1), Hamşik, 76 (0:2)

S

Komandalar

O

Q

H

M

Xal

1.

Bavariya”

6

4

1

1

13

2.

Napoli”

6

3

2

1

11

3.

Mançester Siti”

6

3

1

2

10

4.

Vilyareal”

6

0

0

6

0

B qrupu

23:45. “İnter” (İtaliya) – CSKA (Moskva, Rusiya) – 1:2
Qollar: Dumbiya, 50 (0:1), Kambiasso, 51 (1:1), Berezutski, 87 (1:2)

23:45. “Lill” (Fransa) – “Trabzonspor” (Türkiyə) – 0:0

S

Komandalar

O

Q

H

M

Xal

1.

İnter”

6

3

1

2

10

2.

CSKA (Moskva)

6

2

2

2

8

3.

Trabzonspor”

6

1

4

1

7

4.

Lill”

6

1

3

2

6

C qrupu

23:45. “Bazel” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə) – 2:1
Qollar: Streller, 9 (1:0), Fray, 84 (2:0), Cons, 89 (2:1)

23:45. “Benfika” (Portuqaliya) – “Otselul” (Rumıniya) – 1:0
Qol: Kardozo, 7 (1:0)

S

Komandalar

O

Q

H

M

Xal

1.

Benfika”

6

3

3

0

12

2.

Bazel”

6

3

3

0

11

3.

Mançester Yunayted”

6

2

3

1

9

4.

Otselul” (Qalats)

6

0

0

6

0

 

D qrupu

23:45. “Ayaks” (Hollandiya) – “Real” (Madrid,İspaniya) – 0:3
Qollar: Kallehon, 14 (0:1), 90 (0:3), İquain, 42 (0:2)

23:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Lion” (Fransa) – 1:7
Qollar: Kovaçiç, 40 (1:0), Qomis, 45 (1:1), 48 (1:2), 52 (1:4), 70 (1:6), Qonalons, 48 (1:3), Lopez, 64 (1:5), Briand, 76 (1:7)

S

Komandalar

O

Q

H

M

Xal

1.

Real” (Madrid)

6

6

0

0

18

2.

Lion”

6

2

2

2

8

3.

Ayaks”

6

2

2

2

8

4.

Dinamo” (Zaqreb)

6

0

0

6

0

 

6 dekabr

E qrupu

“Genk” (Belçika) – “Bayer” (Leverkuzen) – 1:1
Qollar: Vossen, 30 (1:0), Dərdiyok, 79 (1:1)

“Çelsi” (İngiltərə) – “Valensiya” (İspaniya) – 3:0
Qollar: Droqba, 3 (1:0), 76 (3:0), Ramires, 22 (2:0)

G qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Marsel” (Fransa) – 2:3
Qollar: Blazukovski, 23 (1:0), Hummels, 32-pen (2:0), Remi, 45 (2:1), Ayev, 85 (2:2), Valbuena, 89 (2:3)

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) – 3:1
Qollar: Dyebbour, 16 (1:0), Torrios, 36 (2:0), Benayun, 57 (2:1), Modesto, 90 (3:1)

F qrupu

“Porto” (Portuqaliya) – “Zenit” (Rusiya) – 0:0

APOEL (Kipr) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 0:2
Qollar: Adriano, 62 (0:1), Seleznyov, 78 (0:2)

H qrupu

“Viktoriya” (Plzen, Çexiya) – “Milan” (İtaliya) – 2:2
Qollar: Pato, 47 (0:1), Robinyo, 49 (0:2), Bıstron, 89 (1:2), Duris, 90 (2:2)

“Barselona” (İspaniya) – BATE (Belarus) – 4:0
Qollar: Roberto, 35 (1:0), Montoya, 60 (2:0), Pedro, 63 (3:0), 83-pen (4:0)