Əli Əhmədov dələduzu direktor təyin edib

YAP-ın icra katibi Misir Mərdanovun bir neçə il əvvəl işdən qovduğu şəxsi himayə edir

Təhsil naziri Misir Mərdanovun bir neçə il əvvəl dələduzluğa görə işdən qovduğu Göygöl rayonunun təhsil şöbəsinin müdiri Altay Ismayılovun məktəb direktoru təyin edilməsinin sirri açılıb.
Qeyd edək ki, Misir Mərdanov keçirdiyi kollegiya iclasında bu məsələyə qəzəbli münasibət bildirib. Nazir deyib ki, Altay Ismayılov dələduzluqla məşğul olduğu üçün onun barəsində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciət daxil olub və o, bundan sonra işdən çıxarılıb. “Lakin məktəb direktorlarının təyinatını Təhsil Nazirliyi həyata keçirmir və məlumat almışıq ki, o Göygöl rayonunda məktəb direktoru təyin olunub. Bu kimi hallar təhsilimiz üçün üz qarasıdır”, – deyə nazir bildirib.
“Reytinq” qəzeti isə məlumat yayıb ki, həm də YAP-ın Göygöl təşkilatının sədri olan Altay Ismayılovun yeni təyinatına  YAP-ın icra katibi Əli Əhmədov yardım edib. Məlumatda deyilir ki, Altay Ismayılov Əli Əhmədovun yaxın çevrəsinə daxildir. YAP-ın icra katibi faktiki olaraq onun himayədarıdır.

Informasiya şöbəsi