Moşe Katsav həyatının 7 ilini Təl-Əviv yaxınlığındakı həbsxanada keçirməli olacaq
Israilin keçmiş prezidenti Moşe Katsav zorlamada ittiham edilərək 7 il azadlıqdan olunub. Kiryat Malaçi şəhərindəki evindən həbsxanaya aparılarkən Moşe Katsav jurnalistlərə günahsız olduğunu bildirib və Israilin hazırkı hakimiyyətini onu “diri-diri basdırmaqda” ittiham edib. Moşe Katsav cəzasını Təl-Əviv yaxınlığındakı Maasiyahu həbsxanasında çəkəcək.
Xatırladaq ki, Israilin keçmiş prezidentinə qarşı zorlama ittihamı 2010-cu ilin dekabrında irəli sürülüb. Katsav 1990-cı illərdə nazir postunu tutduğu illərdə köməkçisi olan bir qadını zorlamaqda və 2000-2007-ci illərdə prezident olarkən daha iki qadına qarşı seksual xarakterli cinayət törətməkdə ittiham olunur. Katsava 7 illik həbs cəzası martda verilsə də, məhkəmənin hökmündən apelyasiya şikayəti verildiyindən növbəti məhkəmə instansiyasının qərarı çıxana qədər o, azadlıqda qalıb. Amma onun apelyasiya şikayəti də rədd edildiyindən həbs olunub.
Moşe Katsav 2007-ci ildə prezident səlahiyyətlərinin bitməsinə 2 həftə qalmış istefa vermişdi. Katsav ona həbsdən yaxa qurtarmaq imkanı verən “müttəhim sövdələşməsi” qarşılığında istefa versə də, sonradan bu sövdələşməni rədd edərək, günahsız olduğunu sübut edəcəyinə söz vermişdi. O, Israildə həbs cəzası verilən ilk sabiq prezident kimi tarixə düşüb.