Rusiya birjaları çökdü

Saxta seçki şimal qonşumuzu pis vurdu

ABŞ və Avropanın Rusiya Dövlət Dumasına keçirilən seçkiləri tənqid etməsi bu ölkənin fond bazarlarında kəskin ucuzlaşmaya səbəb olub. ANS PRESS «RBC»ya istinadən bildirir ki, bu gün saat 17:25-də «MMVB» indeksi 3,83%, «RTS» indeksi 4,55% ucuzlaşıb. «RTS Standard» isə 3,95% aşağı düşüb.

Rusiya şirkətlərinin adi səhmləri də ucuzlaşıb. «Qazprom»un səhmləri 3,85%, «LUKoyl»un səhmləri 2,77% ucuzlaşıb.

“Rayffayzen Kapital”ın analitiki Mixail Kuzin bildirib ki, seçkilərin kəskin tənqidi sərmayəçilərin kefini pozub və Rusiyada siyasi riski artırıb.