Baydenlə Babacan İstanbulda necə “atışdı”?

“Artıq böyük balıq deyil, sürətli balıq kiçik balığı yeyir”

“Unutmayaq ki, gənc köpək balıqları ilə dolu dənizdə ABŞ hələ də balinadır”

“New York Times” qəzeti Türkiyədə səfərdə olmuş ABŞ-ın vitse-prezidenti Cozef Baydenin İstanbulda II Qlobal Sahibkarlıq Konfransında iştirak zamanı Türkiyə baş nazirinin müavini Əli Babacanla maraqlı “söz atışmasını” səhifələrinə çıxarıb.
Qəzetin yazdığına görə, Babacan Avropada böhran yaşayan ölkələrlə Türkiyəni müqayisə edərkən “Artıq böyük balıq deyil, sürətli balıq kiçik balığı yeyir” deyə bildirib. Bayden isə ona belə cavab verib: “Böhranda da olsaq, unutmayaq ki, gənc köpək balıqları ilə dolu dənizdə ABŞ hələ də bir balinadır”.
Bununla belə, Bayden Türkiyənin qlobal iqtisadi böhran dövründə təsirli nəticələr göstərdiyini öyərək vurğulayıb. O, Türkiyənin 2023-cü ildən etibarən dünyanın ən böyük ilk 10 iqtisadiyyat arasında yer alacağına inandığını deyib. “Türkiyənin son 35 ili haqqında bildiklerimle birlikdə son 10 ilinə baxıram və İstanbulda olduğum bu günlərdə görürəm ki, Cümhuriyyətin 100-cü quruluş ili olan 2023 illə bağlı planlar bu başarı ilə mümkün ola bilər”, – deyə Bayden qeyd edib.