Avropa Çemponatının püşkü atıldı

Az öncə 2012-ci il Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan tədbirdə qitə birinciliyinin qrup mərhələsində komandaların rəqibləri bəlli olub.
Pley-off oyunları başa çatandan sonra müəyyənləşən UEFA-nın son reytinqinə əsasən yığmalar 4 səbətə bölünmüşdü. Ukrayna ilə Polşa isə meydan sahibi olduqlarından ilk səbətdə yer almışdılar. Ukraynanın A, Polşanın isə D qrupunda yer alacağı öncədən məlum idi.
Beləliklə, püşkatmadan sonra qrupların tərkibi müəyyənləşib. Yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya “ölüm qrupu”na düşüb. Ronaldo və komanda yoldaşları B qrupunda Hollandiya, Danimarka və Almaniya ilə mübarizə aparacaqlar.
Digər rəqibimiz Rusiyanın isə bəxti gətirib. Dik Advokatın başçılıq etdiyi komanda A qrupunda Polşa, Yunanıstan və Çexiya ilə qarşılaşacaq.

1-ci səbət: Ukrayna, Polşa, İspaniya, Hollandiya2-ci səbət: Almaniya, İtaliya, İngiltərə, Rusiya3-cü səbət: Xorvatiya, Yunanıstan, Portuqaliya, İsveç4-cü səbət: Danimarka, Fransa, İrlandiya, Çexiya

A qrupu Polşa, Yunanıstan, Rusiya, Çexiya

B qrupu Hollandiya, Danimarka, Almaniya, Portuqaliya

C qrupu İspaniya, İtaliya, İrlandiya, Xorvatiya

D qrupu Ukrayna, İsveç, Fransa, İngiltərə

Xatırladaq ki, Avro-2012 gələn il iyunun 8-dən iyulun 1-dək Ukrayna və Polşada keçiriləcək.