Əliyevlərin Türkiyəyə qarşı daha bir hərəkəti ifşa edildi

Londonda hakimiyyətin qardaş ölkəyə antipatiyasından danışıldı

Rəsmi Bakı «Nabucco» layihəsində Türkiyənin əsas tranzit ölkə olmasını istəmir

“Reuters” agentliyinin müxbiri Henninq Qolsteyn Avropanın Rusiyadan qaz asılılığının azaldılmasını nəzərdə tutan “Nabucco” qaz kəmərinin reallaşdırılması ətrafında yaranmış problemlə bağlı məqalə yazıb. Müəllif məqalədə layihənin Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini, lakin məhz Azərbaycan tərəfinin yaratdığı maneələrin “Nabucco”nun reallaşmasına ciddi problemlər törətdiyini yazıb.
Qolsteynin yazdığına görə, “Nabucco”ya paralel olaraq gündəmə gətirilən “White Stream” (Ağ Axın) layihəsinin icraçı direktoru Roberto Pirani Londonda keçirilən konfransda söyləyib ki, bu layihə “Nabucco”nun reallaşdırılmasına maneə deyil, əksinə, təkanverici dəstək xarakteri daşıyır. Pirani “Ağ axın”ın “Nabucco” və ya “Cənub qaz dəhlizi”nin digər layihələrinə rəqib olmadığını da xatırladıb.
“White Stream”in icraçı direktoru Londonda keçirilən konfransda Azərbaycan hakimiyyətinin “Nabucco”nun reallaşdırılmasına yaratdığı maneənin səbəblərindən birini açıqlayıb. Pirani qeyd edib ki, Azərbaycan tərəfi Xəzər qazının Avropa bazarına çatdırılmasında Türkiyənin əsas tranzit ölkə olmasını istəmədiyi üçün “Nabucco”nun reallaşdırılması ləngiyir.