Günün ulduz falı (30.11.11)

QOÇ

Günün əsas hissəsi sakit keçəcək. Ulduzlar deyir ki, axşam sizi xoşagəlməz sürprizlər gözləyir. Gün maliyyə baxımından yaxşıdır. Xarici müttəfiqlərlə faydalı əməkdaşlıq edəcəyiniz ehtimal olunur. Sevgidə də bəxtiniz gətirəcək.

BUĞA

Gün vacib informasiyanın alınmasıyla yadda qalacaq. Özünüzü çətin tapşırığa, intellektual axtarışa hazırlayın. Əhvalınız yaxşı olacaq. Gün xoş görüş də vəd edir, orada kifayət qədər tərif eşidəcəksiniz. Romantik münasibətlərə başlaya bilərsiniz.

ƏKIZLƏR

Çox uğurlu gündür. Əməkdaşlıqla bağlı maraqlı təklif alacaqsınız. Düzdür, bu təklif ağır zəhmət tələb edəcək, qarşılığında isə yaxşı mükafat gözlənilir.

XƏRÇƏNG

Heç kim sizin davranışlarınıza şübhə ilə yanaşmayacaq, səhvləriniz də əvvəlki günlərdən fərqli olaraq, az diqqət çəkəcək. Yaxınlarınızla sizi həyəcanlandıran mövzu ətrafında söhbət edə bilərsiniz. Təmkinli olduğunuzdan hər kəsin cavabını dinləyə biləcəksiniz.

ŞIR

Bu gün çətin ki, sizin xoşunuza gəlsin. Çünki gün sakit keçdiyindən diqqəti cəlb edəcək parlaqlıq nümayiş etdirməyə imkanlar yaratmayacaq. Əhəmiyyətli siyasi, iqtisadi məsələlərə baş qoşmağınız məsləhət deyil. Çünki müzakirələrə girişsəniz, mövzu mübahisəylə nəticələnəcək.

QIZ

Həftənin demək olar ki, ən çətin günüdür. Yığılıb qalmış xoşagəlməz hallar sizi çətin vəziyyətə salacaq. Həmkarlarınızla dil tapa bilməyəcəksiniz. Çünki sizin mövqeyiniz onlar üçün aydın olmayacaq. Yadda saxlayın ki, siz nə qədər çox inad edirsinizsə, ətrafdakıları da bir o qədər artıq qıcıqlandırırsız.

TƏRƏZI

Həlledilməz problemlər yaranmayacaq və siz çətinliklərin öhdəsindən asanlıqla gələcəksiniz. Gün ictimai çıxışlar baxımından dəyərlidir. Siz qarşı tərəfin rəğbətini tez qazanmağı bacarırsınız. Bu isə təkcə işgüzar münasibətlər qurmaq üçün deyil, həm də həyatınızı yaxşılığa doğru dəyişmək baxımından yararlıdır.

ƏQRƏB

Siz bu gün yaxınlarınızla yaxşı dil tapacaqsınız. Amma nəzərə alın ki, münasibətlərdəki harmoniya çox “zəifdir” və sizin bircə kəskin kəlməniz onun qırılmasına səbəb ola bilər. Bu halda, münasibətləri aydınlaşdırmağa tələsməyin, çünki bunun üçün daha münasib gün gələcək.

OXATAN

Uğurlu gündür. Sizin yaxşı gəlir əldə etmək, işdə mövqeyinizi bərkitmək imkanınız olacaq. Gün imtahan verilməsi, hesabatların yoxlanılması üçün münasibdir. Ehtimal ki, həyatınızda mühüm rol oynayacaq romantik macəra yaşayacaqsınız.

OĞLAQ

Gün daha çox gələcək planların qurulması üçün əlverişlidir. Sizin uzaqgörənliyiniz diqqətəlayiqdir, o üzdən də son günlərin çoxsaylı problemlərindən qaçmağı bacaracaqsınız.

DOLÇA

Çox iş görməlisiniz. Lakin bu heç də asan olmayacaq. Əgər özünüzü ələ alsanız, tənbəllik etməsəniz, diqqətinizi boş yerə dağıtmasanız, bu gününüzün uğurlu keçəcəyi gözlənilir. Istənilən işə ciddi yanaşma tərziniz sizi müdiriyyətin gözündə ucaldacaq. Təəssüf ki, şəxsi müstəvidəki işlərə bu cür münasbət göstərməyiniz eyni nəticəni verməyəcək. Bu müstəvidə əks reaksiya ilə qarşılaşacaqsınız, sizi zəhlətökən kimi qiymətləndirəcəklər.

BALIQLAR

Çətin gün olacaq. Yola çıxsanız, ehtiyatlı olun. Bu gün riskə getməyiniz məsləhət deyil. Yolda xoşagəlməz halın baş vermək ehtimalı var. Yaxınlarınızı planlarınızla tanış edin, çünki bu gün onlar sizin üçün həmişəkindən daha çox narahat olacaqlar.