Koordinasiya Şurası “Yeni Müsavat”a təzyiqləri pislədi
İctimai Palatanın Koordinasiya Şurası ötən gün növbəti toplantısını keçirib. Toplantıda İctimai Palatanın növbəti sessiyasının dekabrın 3-də keçirilməsi barədə qərar qəbul edib. Sessiyada qəbul olunmaq üçün bəyanat layihəsi də hazırlanıb. Bəyanatda son günlər Taarif Şurasnın bahalaşma ilə bağlı qəbul etdiyi qərara, vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına, vətəndaşların batan əmənətlərinin hələ də qaytarılmamasına, qışa hazırlığın olmamasına sərt münasibət öz əksini tapıb.
KŞ ayrıca bir bəyanatı isə “Yeni Müsavat” qəzetinə ayrı-ayrı məmurların məhkəmələr yolu ilə təzyiqinə görə qəbul edib. Bəyanatda göstərilir ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən sonra oliqarx məmurların “Yeni Müsavat”a qarşı fantastik məbləğdə iddialar qaldırması hakimiyyətin azad mediaya qarşı təzyiq siyasətinin tərkib hissəsidir. İP KŞ hakimiyyəti media azadlığına hörmət bəsləməyə, söz adamlarına qarşı inzibatı basqılara son qoymağa çağırıb.
S.Novruz