Müğənni Rəqsanəyə kirayə yaşadığı mənzildən köçməsi üçün dekabrın 10-dək vaxt verilib
Lent.az-a daxil olan məlumata görə, kirayə haqqını vaxtında vermədiyi üçün ev sahibi Rəfiqə İsgəndərova müğənnidən evdən köçməyi tələb edib.
Qeyd edək ki, Rəqsanə İsmayılova 2006-cı ildən indiyədək Bakının Nərimanov rayonu ərazisində, İ.Dadaşov 50 mənzil 72 ünvanda kirayədə yaşayır.
Sənətçi ilk iki il müddətində müqavilə ilə həmin evdə yaşayıb. Daha sonra həmin müddət uzadılıb.
Müğənni Rəqsanə İsmayılova Lent.az-ın bu barədə sualına əsəbi reaksiya verib: “İndi yuxuluyam, olar başqa vaxt danışım? Bezdim, bu gəlir belə olub, o gəlir belə olub! Bezdim! Haqqında yazılacaq başqa müğənni yoxdur?!”