Günün ulduz falı (23.11.11)

QOÇ

Ulduzlar perspektivli gün vəd etmir. O üzdən də bu gün söhbət böyük nailiyyətlərdən və ciddi qələbələrdən gedə bilməz. Odur ki, gündəlik işlərin həllilə kifayətlənməli olacaqsınız. Əgər mübahisə yaranarsa, mümkün qədər ondan qaçmağa çalışın.

BUĞA

Gün ürəyinizcə olmayacaq. Günün gedişatı sizdən gələcək barədə düşünməyi tələb edir. Ona görə də bu gün uzunmüddətli əməkdaşlıq ətrafında düşünün. Ailədəki anlaşma sizi sevindirəcək. Yaşlı qohumlardan mənəvi dəstək alacaqsınız.

ƏKIZLƏR

Tezliklə böyük ümid bəslədiyiniz planınızı reallaşdıracaqsınız. Səfərə çıxmaq istəyirsinizsə, bu günü seçin. Istənilən mövzuda dostlarla, qohumlarla ünsiyyətdə ola bilərsiniz. Ulduzlar bu gün romantik görüşə çıxmağı məsləhət bilmir.

XƏRÇƏNG

Iş baxımından əla gündür. Şəxsi müstəvidə də pozitiv əhval-ruhiyyə olacaq. Bu gün itirdiyinizi tapacaqsınız. Bu ya qiymətli əşyanızın geri qaytarılması, ya da gözləmədiyiniz gəlirlə bağlı ola bilər. Yaradıcı yanaşma tələb edən işlərin öhdəsindən əla gələcəksiniz.

ŞIR

Gün elə də perspektivli olmayacaq. Rəqibləri ötmək üçün çox çalışmalısınız. Ehtimal ki, rəhbərliklə aranızdakı münasibətləri düzəldəcəksiniz. Bürcün ən cəsarətli nümayəndələri böyük təsirə malik şəxslərlə əlaqə yarada biləcəklər.

QIZ

Kifayət qədər çətin gün olacaq. Köməkçi tapmaq da asan olmayacaq. Ən çətini də ondadır ki, sizə düzgün yol göstərən adam yoxdur. Yalnız güclü xarakteriniz sizi büdrəməyə qoymayacaq. Özünüzdə güc taparaq, irəli baxın. Bir neçə cəhddən sonra sizdə nikbinlik müşahidə olunacaq.

TƏRƏZI

Əla gündür. Işgüzar məsələlərin müzakirəsi üçün münasib zamandır. Siz güzəştə getməli olmayacaqsınız. Ətrafdakılar sizin qoyduğunuz şərtlərlə əməkdaşlığa razılaşacaqlar. Günün ikinci yarısında xoş görüş sizi gözləyir.

ƏQRƏB

Bu gün həftənin ən uğursuz günüdür, desək, yanılmarıq. Buna baxmayaraq, ürəyinizə yatan istənilən işlə məşğul ola bilərsiniz. Ulduzlar bildirir ki, bu gün sizi gözügötürməyənlərdən zərbə gözləməyin. Sizi çoxdan tanıyan kəslərlə görüşə bilərsiniz, amma bu məsləhət yeni tanıdıqlarınıza aid deyil.

OXATAN

Sizin üçün asan olmayacaq. Gün gərgin və çətin keçəcək. Ulduzlar bildirir ki, siz hər an baş verə biləcək fövqalədə halı gözləyirmiş kimi hazır olun. Çox faydalı işlərə imza atırsınız, təəssüf ki, qiymətləndirilmir. Digər tərəfdən, qarşınıza böyük tələblər qoyulacaq. Bunun da nəticəsində mübahisə düşəcək.

OĞLAQ

Uğurlu gündür. Işlərinizi tamamlayıb yeni layihələrə əl atacaqsınız, onlar da sizə gəlir gətirəcək. Sizin işgüzarlıq məharətiniz diqqətdən kənarda qalmayacaq. Bu baxımdan əməkhaqqınızın qaldırılacağı ehtimal olunur. Digər tərəfdən, iş yerinin daha prestijli işlə əvəz olunacağı gözlənilir. Sevgidə də bəxtiniz gətirəcək.

DOLÇA

Çətinliklərlə üzləşəcəksiniz. Xoşbəxtlikdən bunlar göründüyü qədər də ciddi olmayacaq. Ulduzlar bildirir ki, əgər çaşqınlığa yol verməsəniz, situasiyanı nəzarətə götürə bilərsiniz. Ehtimal ki, işdəki qadın həmkarlarınızla aranızda fikir ayrılığı yaşanacaq.

BALIQLAR

Dünənkindən fərqli olaraq, bu gün özünüzü əla hiss edəcəksiniz. Digər tərəfdən, çətin situasiyanı həll etməklə yanaşı, bir müddət əvvəl küsdürdüyünüz adamla münasibətlərinizi qaydasına salacaqsınız. Bir zamanlar sizdə dərin hisslər yaradan adamla görüşəcəyiniz də ehtimal olunur. Münasibətlərə ikinci şansın verilib-verilməməsi yalnız sizin verdiyiniz qərardan asılı olacaq.