QOÇ
Xoşagəlməz gün olacaq. Təəssüf ki, elə adamlarla görüşməli olacaqsınız ki, onlar sizdə xoş hisslər yarada bilmir. Bu səbəbdən əhvalınızın pozulacağı gözlənilir. Adət etdiyiniz pəhrizə riayət etməyiniz məsləhətdir. Planlaşdırmadığınız səfərdən uzaq olun.
BUĞA
Xoş əlaqələr yaradacaqsınız. Yeni romantik münasibətin başlanacağı istisna edilmir. Ulduzlar deyir ki, bu münasibət xeyli sevinc gətirəcək, amma təəssüf ki, o, uzun sürməyəcək. Ailə qayğıları diqqət tələb edəcək. Uğurlu alış-veriş də istisna deyil.
ƏKIZLƏR
Xoş gündür, bu gününüzdən kifayət qədər zövq alacaqsınız. Köhnə dostlarınızdan birilə görüşəcəyiniz ehtimal edilir. Bu görüşdə çoxdankı xidmətlərinizə görə mükafatlandırılacağınız ehtimal edilir. Gün yaradıcılıq üçün də münasibdir.
XƏRÇƏNG
Sakit gündür. Keçmişdə olub-bitənləri analiz edə bilərsiniz. Yenicə başladığınız işləri tamamlamağa çalışın. Qarşınızda əsrarəngiz perspektivlər açan şəxslə aranızdakı münasibətləri bərpa edəcəksiniz. Bu, sevindirici haldır.
ŞIR
Yaxınlarınızın əhatəsində yaxşı gün keçirəcəksiniz. Qonaq qəbulu, şənlik qurmaq üçün bu gün əlverişli zamandır. Valideynlərinizin sizin yardımınıza ehtiyacı var. Ümumiyyətlə, bu gün kiçik məsrəf qarşılığında özünüzə istədiyiniz məclisi qura bilərsiniz.
QIZ
Uzaq qohumlarla aranızda münasibət korlanacaq. Pul və əmlakla bağlı suallara cavab tapa bilməyəcəksiniz. Siz bəzilərini incitmək riskilə öz maraqlarınız uğrunda mübarizə aparacaqsınız. Xoşbəxtlikdən yaxınlarınız sizin tərəfinizi tutacaq. Uşaqlarla da aranızda mübahisə gözlənilir.
TƏRƏZI
Uğurlu gündür. Ulduzlar xoş təsadüflər və maraqlı imkanlarla sizi sevindirəcəyini vəd edir. Çoxdankı, harmoniyanı pozan ailə münaqişəsinə son qoyacaqsınız. Bu gün təşkilatçılıq işlərini başqasına həvalə etməklə özünüzə rahatlıq verin.
ƏQRƏB
Maraqlı gündür. Həm əylənə bilərsiniz, həm də ciddi işlə məşğul olmaq imkanlarınız olacaq. Istənilən halda, istirahətə zamanınız olacaq. Yaxınlara diqqət və qayğınızı əsirgəməyin. Onlar bunu hiss etdikcə sizinlə daha da fəxr edəcəklər.
OXATAN
Işlərin çoxluğundan başınız açılmır, daim qaçhaqaçdasınız. Dərd də bundadır ki, nə qədər tələssəniz də, işləri tamamlayıb qurtara bilmirsiniz. Yaranmış situasiyaya kənardan diqqət yetirilsə, məlum olar ki, bu məsələdə sizi qınamaq olmaz. Çünki işlərin birini tamamlamamış, digəri öz həllini gözləyir.
OĞLAQ
Hamını sevindirmək sizin ən sevimli məşğuliyyətinizdir, desək, yanılmarıq. Özünüzü unudaraq hamının işinə yarayırsınız. Son zamanlarda gərginlik sizi əldən salıb. Ulduzlar deyir ki, bir balaca da özünüzə baxın.
DOLÇA
Işlər çoxdur, həvalə edəsi adamınız isə yoxdur. Bu ya sizin həddən artıq xırdaçılığınızdan irəli gəlir, ya da doğrudan da əhatənizdə etibar ediləsi şəxs yoxdur. Yaxşı olar ki, hər bir işin dərinliyinə çox da getməyəsiniz. Arada bir bəzi məsələləri taleyin hökmünə də buraxmaq olar.
BALIQLAR
Gözəl gündür. Çoxdan həsrətini çəkdiyiniz alış-verişi reallaşdıra bilərsiniz. Bu baxımdan uğurlu gündür. Ancaq təəssüf ki, aldıqlarınızın heç biri özünüz üçün nəzərdə tutduğunuz olmayacaq. Buna baxmayaraq, sevinəcəksiniz, çünki qarşıdan dost-tanışın doğum günləri gəlir.