Metroda qəzetoxuma kampaniyası

AXCP Gənclər Komitəsi “Azadlıq” qəzetinin təbliğilə bağlı kampaniyaya başlayıb. Kampaniyaya partiyanın Nərimanov şöbəsininin gəncləri start verib. Cəbhəçi gənclər metronun müxtəlif stansiyalarında “Azadlıq” qəzetini oxumağa başlayıblar.

Aksiya gənclərin “Azadlıq”ı oxumasıyla məhdudlaşmır. Gənc fəallar oxuduqları qəzeti daha sonra metrodakı sərnişinlərə paylayıblar.
Qeyd edək ki, aksiyanı sərnişinlər maraqla qarşılayıb. Həmçinin qəzeti pulsuz verdiklərinə görə sərnişinlər gənclərə təşəkkür ediblər