Türkiyə və Ərəb dünyası Əsədə qarşı birləşdi

Mərakeşdə Ərəb Ölkələri Liqasına üzv dövlətlərin və Türkiyənin xarici işlər nazirlərinin iştirakıyla Suriyada yaşanan böhranla bağlı növbəti təcili toplantı keçirilib. Toplantının sonunda tədbirə ev sahibliyi edən Mərakeşin xarici işlər naziri Taib Fihr və Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu birgə mətbuat konfransı keçiriblər.

Əhməd Davudoğlu Suriya vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayaraq, ilk növbədə hökumət qüvvələrinin hərbi bazalarına geri çəkilmələrini tələb edib. Nazir Türkiyənin bu məsələdə Ərəb Ölkələri Liqasının çıxaracağı bütün qərarları dəstəkləyəcəyini bildirib. Türkiyə xarici siyasət idarəsinin başçısı Ankaranın bundan sonra da Suriya ilə bağlı bütün qərar və addımlarını Ərəb Ölkələri Liqasının qərar və addımları ilə uzlaşdıracağını bildirib.