Metroda da internet olacaq

Bakı Metropoliteninin stansiyalarında simsiz internet – Wi-Fi şəbəkəsi qurulacaq. Bu barədə Lent.az-a Metropoliten idarəsindən məlumat verilib.
İlk mərhələdə metronun paytaxtın mərkəzindəki stansiyalarında və yenidənqurmadan sonra «Məşədi Əzizbəyov» stansiyasında Wi-Fi şəbəkəsinin qurulması nəzərdə tutulur. Hazırda bu layihə Metropoliten idarəsində nəzərdən keçirilir. 
Lent.az-a verilən başqa bir məlumata görə, stansiyalarda yüksək sürətli internetə giriş hava limanındakı kimi pulsuz olacaq. Yəni vətəndaşlar özünün müvafiq cihazlarından istifadə etməklə metro stansiyalarında rahat şəkildə internetə daxil ola biləcəklər.