Ötən gün daha bir neçə yoldaşlıq görüşü keçirilib. Qol.Az-ın məlumatına görə, günün ən maraqlı görüşü isə İngiltərədə baş tutub.
Burada yerli komanda – İngiltərə millisi son dünya və Avropa çempionu İspaniya ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Frənk Lempardın 49-cu dəqiqədə vurduğu qol oyunda yeganə olub – 1:0.
Günün digər qarşılaşmalarında isə Uels yığması öz meydanında Norveçi 4:1 hesabı ilə məğlub etdiyi halda, Serbiya səfərdə Meksikaya 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, növbəti yoldaşlıq görüşləri noyabrın 15-də keçiriləcək.