QOÇ
Bir sıra xoşagəlməz işləri həll etməli olacaqsınız. Həmin işləri başqasına həvalə edə bilmədiyiniz kimi, təxirə salmaq da mümkün olmayacaq. Ailədə fikir ayrılığı baş qaldıracaq. Ətrafdakıların hərəkətlərinə göz yuma bilməyəcəksiniz. Nəzərə alın ki, ən yaxın adamınız diqqət azlığından şikayətçidir.
BUĞA
Xoş olmayan və yorucu gündür. Sizi ən yaxın adamınızdan başqa heç kim dəstəkləməyəcək. Başqa vaxt olsaydı, bu, sizi qane edərdi. Amma indi ümumxalq etirafına ehtiyacınız var. Günün ikinci yarısı başınız ağrıyacaq. Zəhərlənmə ehtimalı olduğundan qida və ya dərmanla bağlı eksperimentlər aparmayın.
ƏKIZLƏR
Dəyişkən xarakterinizlə ətrafdakılara da mənfi təsir göstərirsiniz. Gah adi bir məsələyə görə hirslənirsiniz, gah da əksinə, ən ağır işlərə sakit yanaşırsınız. Alış-veriş üçün yaxşı gündür. Bu gün kredit ala bilərsiniz. Gün qeyri-rəsmi şəraitdə işgüzar münasibətləri müzakirə etmək baxımından da əlverişlidir.
XƏRÇƏNG
Gələcəyinizi fikirləşin. Bu gün qəbul etdiyiniz vacib qərarlar gələcəkdə öz əks-sədasını verəcək. Digər tərəfdən, görürsünüz ki, ətrafdakılar sizdən nümunə götürür, bu da sizin məsuliyyətinizi birə beş artırır. O üzdən də əsəb gərginliyi getdikcə intensivləşir. Əhvalınızı qorumağa çalışın ki, işləriniz də uğurlu alınsın.
ŞIR
Yaxşı olar ki, sevdiyiniz şəxsə qarşı diqqətcil olasınız. Açıq danışmaqdan çəkinməyin. Bu gün üçün bu reallıqdır. Bu gün həyatınızda yenilik etməyə cəhd göstərməyin. Çünki hər tərəfdən ehtiyatlılıq tələb olunur. Bu xəbərdarlıqları qulaqardına vurmaq olmaz.
QIZ
Əks cinsin nümayəndəsilə xoş ünsiyyət sizi gözləyir. Köhnə tanışınızla qarşılaşacağınız və münasibətlərin dostluq çərçivəsindən çıxacağı gözlənilir. Günün ikinci yarısı problemlər gətirəcək. Bu problemlər vəsait xərclənməsini tələb edəcək. Əgər sonradan iki dəfə xərcə düşmək istəmirsinizsə, onda bəri başdan xəsislik etməyin.
TƏRƏZI
Boş və mənasız söhbətlərə az vaxt ayırın. Ətrafdakılarla ünsiyyət sizin zamanınızı alır. Sizə elə gəlir ki, ünsiyyət dairənizdəkilərin hamısı sizinlə həmfikirdir. Amma belə deyil. Günün maliyyə mənzərəsi pis olmayacaq. Özünüzə alış-veriş etmək imkanı yaradın, həmçinin əyləncəyə də pul xərcləmək olar.
ƏQRƏB
Şəxsi münasibətlər baxımından yaxşı gün deyil. Yadda saxlayın ki, keçici münasibətlərdən zövq almağın sonu baha başa gələcək. Yaxınlarınızla aranızda mübahisə düşəcək və mübahisə zamanı kifayət qədər ağır sözlər eşidəcəksiniz. Gün həftənin nəticəsini çıxarmaq üçün yararlıdır.
OXATAN
Bu gün yaxınınızla aranızda düşən münaqişəyə adi hal kimi baxmayın. Nəzərə alın ki, bu gün yaranan mübahisələrin çox ciddi səbəbləri var. Əgər yalqızsınızsa, bu gün yeni münasibət qurmayın. Çünki bugünkü münasibətlər sizə xoşbəxtlik gətirməyəcək. Gün xoş olmamasına baxmayaraq, siz sona qədər nikbinliyinizi qoruyacaqsınız.
OĞLAQ
Gün bir sıra xırda problemlər yaratsa da, onun da öz müsbət tərəfləri olacaq. Bunlardan biri həyatınızdakı yaxşılığa doğru dəyişikliklə bağlı olacaq. Taleyin görüşünə cəsarətlə gedin. Digər tərəfdən, pozitiv tendensiyalar ailə problemlərinizi həll etməyə yardımçı olacaq. Axşama xoş sürpriz sizi gözləyir.
DOLÇA
Neytral gündür. Səhhətinizə diqqət yetirin. Gün profilaktik müalicəvi tədbirlərin görülməsi, yaxud da gözəllik salonuna getmək üçün münasibdir. Inadkarlıq göstərsəniz, münasibətlərdəki fikir ayrılığının səbəbini aydınlaşdıra bilərsiniz.
BALIQLAR
Neqativ tendensiyalar günün birinci yarısında özünü göstərəcək. Gününüzü elə planlaşdırın ki, vacib işləriniz günortaya düşsün. Axşam əyləncə mərkəzlərini ziyarət etmək üçün münasibdir. Yeni tanışlıq gözlənilir, amma buna çox da əhəmiyyət verməyin. Bu münasibətin xoş olmasına aldanmayın, o keçicidir.