Dünyanın ən bahalı rəsm əsərləri

Dünyanın ən bahalı əsərlərinin 10-luğu açıqlanıb. “Anspress”in məlumatına görə, ilk onluqda yer alan əsərlər bunlardır:
1. Cekson Pollok, “Nömrə 5″ (1948) – 2006-cı ildə 140 mln. dollara satılıb;
2. Villem de Kuninq, “III Qadın” (1953) – 2006-cı ildə 137, 5 mln. dollara satılıb;
3. Qustav Klimt, “Adel Blox Bauerin portreti” (1907) – 2006-cı ildə 135 mln. dollara satılıb;
4. Pablo Pikasso, “Büst və yaşıl yarpaqların fonunda çılpaq qadın” (1932) – 2010-cu ildə 106, 482 mln. dollara satılıb;
5. Pablo Pikasso, “Qəlyanlı oğlan” (1905) – 2004-cü ildə 104, 168 mln. dollara satılıb;
6. Endi Uorxol, “Səkkiz Elvis” (1963) – 2008-ci ildə 100 mln. dollara satılıb;
7. Pablo Pikasso, “Dora Maarın portreti” (1941) – 2006-cı ildə 95, 216 mln. dollara satılıb;
8. Qustav Klimt, “II Adel Blox-Bauerin portreti” (1912) – 2006-cı ildə 87, 936 mln. dollara satılıb;
9. Frensis Bekon, “Triptix” (1974-77) – 2008-ci ildə 86, 2 mln. dollara satılıb;
10. Frensis Bekon, “Triptix” (1974-77) – 2008-ci ildə 86, 2 mln. dollara satılıb.
Yeri gəlmişkən, bu əsərlər dövlət muzeylərinə məxsus deyil. Onlar XX və XXI əsrlərdə bədii hərraclarda satılıb.