Suriya Ərəb Liqasından çıxarıldı

Ərəb dövlətləri Bəşər Əsədin ipini kəsdi

Ərəb Ölkələri Liqasının xarici işlər nazirləri Suriyada vəziyyəti müzakirə etmək üçün Misirin paytaxtı Qahirədə fövqəladə iclas keçirib. Təşkilat Suriya hökuməti sülh planındakı şərtləri yerinə yetirənədək bu ölkəni üzvlükdən çıxarmağı qərara alıb. Ərəb Liqası həmçinin etirazçılara qarşı zorakılığa görə Suriyaya qarşı siyasi və iqtisadi sanksiyaların tətbiqinə və təşkilata üzv olan bütün ölkələri Suriyadan səfirlərini çıxarmağa çağırıb. Təşkilat etirazçıların davam edən qətlinə son qoyulmayacağı halda isə Suriya müxalifətinin Milli Şurasını tanıyacağını xəbərdarlıq edib.
Xarici işlər nazirləri iclasın keçirildiyi binaya daxil olmağa çalışarkən Suriyada 8 ay əvvəl başlamış zorakılığa etiraz edən insanlar əraziyə toplaşıblar. Etirazçılar da Ərəb Liqasını Suriyanı bu təşkilata üzvlükdən çıxarmağa çağırıblar.

HƏMÇİNİN BAX:

Bəşər Əsədin sayılı günləri qalır