Az yatmaq ölümlə nəticələnə bilər

Mütəxəssislər xəbərdarlıq edir ki, nizamsız həyat tərzi keçirən, az yatan insanlar öz həyatlarını təhlükə altına atır. Çünki bu cür həyat tərzi ölümlə nəticələnə bilər.
Yuxunun insan həyatı üçün olduqca əhəmiyyətli olduğunu vurğulayan mütəxəssislərin sözlərinə görə, az yatmaq təzyiqin qalxmasına səbəb olur. Xüsusən orta yaşlı insanlar az yatmaqla yüksək təzyiq riskini daha da artırırlar. Araşdırmalar zamanı az yatanların qan təzyiqinin normal səviyyədə yatanlarla müqayisədə yüzdə 83 faiz çox olduğu ortaya çıxıb. Mütəxəssislərin sözlərinə görə, insan gündə 6-8 saat yatmalıdır. Bundan başqa, insanın məhz öz yatağında yatması da əhəmiyyət daşıyır.