Akademik Rafiq Əliyevin işdən qovulmasını gözlənilməzlik kimi qəbul edənləri anlaya bilmirəm. Cabbarın timsalında bir tələbənin cibinə nəşə atıb ona 2 il yarım işverənlər müəllimi, əlbəttə, işdən qovmalı idilər.
Akademikin bəxti gətirib ki, onu işdən çıxarmaqla kifayətləniblər. Bir başqa akademikin – Eldar Salayevin nümunəsi göstərir ki, Rafiq Əliyevə iş də verə bilərdilər. Əlbəttə, dəmir barmaqlıqlar ardına göndərməklə.
Mən indi Rafiq Əliyevlə bağlı baş verənləri hakimiyyətin elmə və elm adamına münasibətinin göstəricisi sayanları, sanki ilk dəfəymiş kimi bundan dəhşətli dərəcədə heyrətlənənləri hafizələrini azacıq qurdalamağa çağırıram. Onlara Ilham Əliyevin taxt-taca yenicə yiyələndiyi aylara qayıtmağı məsləhət görürəm – həmin vaxt kral həzrətləri tanınmış alim Ismayıl Vəliyevi sədrlik etdiyi iclasdan qovmuşdu. Qarşısından qayıtdığına görə!
O gündən bəri deməkdən dilimiz, yazmaqdan əlimiz qabar oldu: bu sıradan bir hadisə deyil. Sadəcə, bir elm adamının iclasdan qovulması faktı da deyil. Bu, elmin, alimliyin Azərbaycandan qovulmasıdır. Bu, elmə, alimə Azərbaycanda yer olmadığı mesajının verilməsidir.
Amma nə faydası? Bu ölkənin akademik, professor, dosent ordusu Ilham Əliyevin qarşısında lal-dinməz olmağa davam etdi. Azərbaycanı başına alıb gedən hüquqsuzluq, ədalətsizlik, özbaşınalıq, yalan və yaltaqlıq önündə səssiz qalmağa, susmağa davam etdilər.
Yalnız səssiz qalsalar, sussaydılar, dərd yarıydı. Əlahəzrətin “ömürlük prezidentlik” referendumunun ən qatı dəstəkçilərinə çevrildilər. 2008-ci ilin prezident seçkisi şousunda Ilham Əliyevə vəkilliklə məşğul oldular. Akademik Əli Insanovun, akademik Eldar Salayevin üzünə dayandılar.
Qısası, alimi iclasdan qovanda dərs almamağın, barmağını dişləməməyin, bundan ibrət götürməməyin nəticəsidir ki, indi alimi işdən qovurlar.
Bu həm də dünənədək “mənə toxunmayan ilanı min yaşasın” zehniyyəti ilə yaşamağın məntiqi sonluğudur. “Məndən uzaq olsun, istəyir Misirə sultan olsun” düşüncəsinin məntiqi yekunudur. Illərdir bas-bas bağırdığımız “Susma! Susduqca sıra sənə gələcək!” həqiqətinin təntənəsidir.
Inanıram ki, heç olmasa bundan sonra bu ölkənin akademiki, professoru, dosenti, yazıçısı, şairi, bir sözlə, ziyalı adına iddia edənləri baş verənlərdən gərəkən dərslərini alacaqdır.
Allah zehin açıqlığı versin, başqa nə deyim…
Zəngilana sahib çıxa bilmir, Venesiya şəhərciyi tikdirir
Bilirsiniz ki, bizim möhtərəm təzəlikcə Bakıda “Venesiya şəhərciyi” tikdirmək eşqinə düşüb. Bunun üçün büdcədən bir ətək pul ayrılıb, bu saat dənizkənarı parkda partapart iş gedir. Bu şəhərcik bir növ Venesiyanın Bakıdakı filialı olmalıdır. Artıq haramıza yaraşırsa…
Bizim əlahəzrətin başı burda “Venesiya şəhərciyi” tikdirməyə qarışmışkən dünən xəbər gəldi ki, ermənilər Zəngilanda yeni şəhər tikirlər, burada vaxtilə Azərbaycandan Ermənistana köçən ermənilər məskunlaşacaqlar.
Yenə elə dünən hökumətimiz ermənilərin şəhər tikməkliyini pisləyən bəyanat yayıb, həmişəki kimi, yağmasa da gurlayıb. Artıq bunların belə bəyanatları adamda acı gülüş, ikrah doğurur. Bir hakimiyyət nə qədər bəyanat verər, ilahi?!
Başqa vaxt müxalifəti “əllərindən bəyanat verməkdən başqa bir şey gəlmir” deyə suçlayırlar. Oysa öncə özlərinə baxmaları gərəkir. Öz ayıblarına kor olmaları gərəkir. Özlərinin adını başqasına qoymamaları gərəkir. 18 ildir Qarabağ uğruna bəyanat verməkdən başqa nə işlə məşğul olublar? Heç nəyə. Üstəlik, bəyanat sözünü urvatsız eləyiblər.
Nə isə. Ermənilərin ağlı olsa, bunların bu sonuncu bəyanatına bir cümlə ilə cavab verərdilər: “Bilirsiniz nə var, siz gedin şəhərciyinizi tikin!”.
Günün notu
Fikir vermişəm, Ilham Əliyevə mədhiyyə oxuyanların səhhəti pisləşən kimi, ən birinci danışıq qabiliyyətlərini itirirlər.
Görünür, Tanrı onlara belə bir qabiliyyət verdiyi üçün çox peşimandır.