Obama Putinə görə hədəf oldu

Respublikaçılar ABŞ Administrasiyasını Rusiyaya «əzələ» nümayiş etdirməyə çağırdı

Vladimir Putinin yenidən Rusiya prezidenti postuna iddiasını ortaya qoyması Kremllə münasibətləri yaxşılaşdırmağa çalışan ABŞ Administrasiyasını respublikaçıların hədəfinə çevirib. Nümayəndələr Palatasının sədri respublikaçı Con Boner bildirib ki, ABŞ-ın Rusiya ilə münasibətləri yaxşılaşdırması səyləri Vaşinqtondan çox, Moskvanın xeyrinə olub.
Boner Obama administarasiyasını Rusiya ilə münasibətlərə görə tənqid edib. Respublikaçının sözlərinə görə, Putinin yenidən hakimiyyətə gəlişi sovet nostalgiyasının canlanmasına yol açacaq. Boner qeyd edib ki, Putin hakimiyyəti Rusiya sovet sisteminə uyğun hərəkət edəcək. Öz təsir və maraqlarını kommunist təfəkkürlə yürüdəcək.
“ABŞ Rusiyanın öz xarici siyasətinə yenidən baxmasına nail olmalıdır. Əgər bunun üçün ”əzələ” nümayiş etdirmək lazım gələrsə, Nümayəndələr Palatası lazımi addımlar atmağa hazırdır”, – deyə Con Boner bildirib.