Yavər Camalovun silahı “defekt” çıxdı

«İstiqlal» snayper tüfənginin içində mərminin partlaması nəticəsində iki əsgər yaralandı

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində bədbəxt hadisənin baş verdiyi barədə məlumat yaymışdıq. Hərbi mənbələrdən “MilAz”a verilən məlumata görə, bir həftə öncə polkovnik-leytenant Aslan Aslanovun rəhbərliyi ilə keçirilən atəş hazırlığı üzrə təlim-məşq zamanı Azərbaycanın milli istehsalı olan “Istiqlal” snayper tüfəngi partlayıb. Hadisə bir müddət əvvəl Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinin təlim kursunda baş verib.
Hadisə nəticəsində iki hərbi qulluqçu – kiçik çavuş Tağıyev Nicat Kazım oğlu və əsgər Rəhimli Rahib Sahib oğlu müxtəlif səpkili qəlpə yaraları alıblar. Onların hər ikisi müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçulardır. Hadisə “Istiqlal” snayper tüfənginin içində mərminin partlaması nəticəsində baş verib.
Onlar müalicə üçün Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitala yerləşdiriliblər.