Sami Yusif Ankarada Azərbaycan mahnıları oxudu

Tanınmış müğənni Sami Yusif Azərbaycan mahnılarını repertuarına daxil edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycan əsilli müğənni Türkiyənin paytaxtı Ankarada verdiyi konsertində, 3000 tamaşaçı qarşısında Rəşid Behbudovun repertuarından, Tofiq Quliyevin xalq şairi Rəsul Rzanın sözlərinə bəstələdiyi “Yalqızam, yalqız” və Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”i ifa edib.

Türkiyəli tamaşaçılar “Yalqızam, yalqız” mahnısını Sami Yusiflə birgə ifa ediblər. Müğənni bu kompozisiyanı ikinci dəfə Ankara konsertində səsləndirib. Sami Yusifin Ankaradakı konserti xeyriyyə məqsədilə keçirilib. Konsertdən əldə edilən vəsait tələbə yataqxanasının inşasına sərf olunacaq.