Ölmüş diktator xalqdan oğurladıqlarını haralara yatırıb?
Liviyanın öldürülmüş diktatoru Qəzzafinin 168 milyard dollar dəyərində sərvətinin qaldığı açıqlanıb. Sərvətin bir hissəsi nağd pul və ləl-cəvahiratlardan, 1 milyar dolları isə daşınmaz əmlaklardan ibarətdir.
Türkiyə mediası xəbər verir ki, Liviyanın Milli Keçid Şurası artıq bir hissəsi dondurulan nağd pulları geri almaq üçün hərəkətə keçib. Məlumatlara görə, Qəzzafi avqust ayının sonunda Tripolidəki qərargahından qaçarkən, 12 milyard dollar nəğd pulla 5 milyon dollarlıq qızılı, yəni təxminən 17 milyard dolları tunellər vasitəsi ilə Nigerə ötürə bilib. Bu pul indi onun dul arvadı Safiyə, qızı Aişə və həyatda qalan oğullarının nəzarətindədir.
Qəzzafinin Niferə ötürdüyü 17 milyard dollardan başqa İspaniya, Amerika və İngiltərədəki bank hesablarında da 50 milyard dolları var. Bank hesabları 2011-ci ilin mart ayından bəri dondurulub. Qəzzafinin İngiltərədə, paytaxt Londonun şimalında Hampstead rayonunda 2009-ci ildə satın aldığı malikanə isə Liviyada qarşıdurmaların ağırlaşdığı vaxt müxaliflər tərəfindən zəbt edilmişdi.
Qəzzafinin xarici ölkələrdəki bank hesablarında olan pulları
ABŞ – 31 milyard dollar
Fransa – 17 milyard dollar
İngiltərə – 13 milyard dollar
İsveçrə – 12 milyard dollar
İtaliya – 11 milyard dollar
Hollandiya – 8 milyard dollar
Kanada – 8 milyard dollar
Almaniya – 7 milyard dollar
Avstraliya – 5 milyard dollar
Dubay – 5 milyard dollar
Suriya – 2 milyard dollar
Əlcəzair – 5 milyard dollar
Qəzzafinin xaricdə dəyəri milyonlarla dollar olan daşınmaz əmlakları:
Nyu-Yorkda 2 villa (25 milyon dollar)
Nyu-Cersidə 1982-ci ildə aldığı malikanə (5,5 milyon dollar)
Londonda, Hampstead rayonunda 2009-ci ildə satın aldığı malikanə (8 milyon dollar)
Londonda, Oksfordda 2009-cu ildə satın aldığı kompleks (140 milyon dollar)
İngiltərədə başqa bir kompleks (100 milyon dollar)
Argentinada 2001-ci ildə satın aldığı 7 hektar ərazi (120 milyon dollar)
“Fiat” şirkətində 7 faiz pay
“Yuventus” klubunda 3 faiz pay
İtaliyada 16 şirkət
Amerikada 6 şirkətdə cəmi 3 milyard dollarlıq pay
İngiltərədə 14 şirkət.
İnformasiya şöbəsi
HƏMÇİNİN BAX:
Qəzzafi bir zəngin güdazına gedib
Qəzzafi öldürüldü! Liviya xalqı diktatorun cəsədini küçələrdə sürüdü (VİDEO/FOTOLAR)