Həftənin hit paradı

1. Əli Həsənov – PA rəsmisi: “Azərbaycanda müasir qadın siyasətinin əsasını Heydər Əliyev qoyub. 1992-1993-cü illərdə qadınlar rahat yaşamırdılar”. O halda, tikilən qadın koloniyaları, ABU-nun Dubay filialının açılması, ərəb dövlətlərindəki həbsxanalardakı çürüyən, massaj salonlarında cinsi istismara məruz qalan  qadınlar – bu siyasətin “uğuru” sayıla bilər.2. Hüseynbala Mirələmov – deputat, dramaturq: “Bircə faktı deyim, sovet dövründə 1986-cı ildə cəmi bir kitabım nəşr olunub və kitab da 10 il nəşriyyatda növbə gözləyib. Bir kitabı nəşr etdirmək üçün növbə gözləmək nə deməkdir?”

Bu o deməkdir ki, ya siz istedadsız olmusunuz, ya da ki, lənətlədiyiniz dövrdə Azərbaycanın rəhbəri olmuş Heydər Əliyev sizin kimi yazarları qiymətləndirə bilməyib…3. Aqil Abbas – deputat, yazıçı: “Əzizlərim (yüksək çinli məmurlar – X.Ə.), bir də ABŞ və Avropa diplomatları ilə rəsmi söhbətlərdə belə, hətta ehsan məclislərində belə üstünüzdə diktafon gəzdirin ki, sonra dediklərinizi təhrif edərək, yaratdıqları “Wikileaks”lər vasitəsi ilə dünya ictimaiyyətinə, eləcə də xalqımıza sırıya bilməsinlər”.

Inanırıq ki, məmurlarımız qismət olsa, növbəti görüşlərində bunu nəzərə alacaqlar və bu məsləhətə görə sizə təşəkkür belə edəcəklər, Aqil bəy!4. Səlim Müslümov – SMF-nin rəhbəri: “Yalnız dövriyyədən yığılan vəsait hesabına pensiyaların artırılması təklifini reallaşdırmaq olar”.Səlim müəllim, ayrılan pulları fond işçiləri əkişdirməsələr, bu işi görmək olar. Demək olar, gündə bir neçə işçiniz cibində kartlarla yaxalanır. 5. Çingiz Qənizadə – deputat: “Bəzən mətbuatda belə fikirlərə rast gəlinir ki , guya Azərbaycanda polis rejimi hökm sürür”.

Mandat olan yerdə polislər gözə görünmür, Çingiz bəy!6. Bahar Muradova – vitse-spiker: “Avropa parlamentindən siyasi məhbus adlandırılanların azad edilməsinə dair çağırışı qəbul edirik. Deyirik ki, narahat olmayın, bu istiqamətdəki prosedurlar ardıcıl olaraq yerinə yetirilir”.Qarabağ haqqında tələbləri də onlar sizin kimi, “nazlana-nazlana” cavablandırır, ona görə də şikayət edirsiniz ki, bu münaqişə başlayanda 25 yaşım var idi, indi 50 tamam olur.  6. Misir Mərdanov – təhsil naziri: “Azərbaycanda müəllim adı yüksək statusa malik deyil”. Bu yaxınlarda hansısa rayon Qızlar Kollecinin Cəlilabad filialının 92 məzununun, orta məktəbdə ibtidai hissə müəllimi işlədiyi məlum oldu(!). Status onların nəyinə lazımdır axı, qoyun işləsinlər …və gələcək nəsili formalaşdırsınlar…7. Ilham Əliyev – Azərbaycanın prezidenti: “Əgər xalq məni və gördüyüm işləri dəstəkləməkdə davam etsə, üçüncü dəfə seçilmək variantını nəzərdən keçirəcəm”.Ramil Usubov və Məzahir Pənahov kimi kadrı olan prezident fikrimcə, özünə bu qədər “əziyyət verməməlidir”.

8. Iqbal Ağazadə – Ümid partiyasının sədri: “Heç bir irsi hakimiyyət bazası olmadan Ümid kimi bir partiya formalaşıb ortaya çıxıbsa, AXCP və Müsavatın zəif olduğu zamanda Ümidin mərkəzdə olmayacağı təminatı heç kimdə yoxdur. Hər kəs anlayır ki, Ümid ilk fürsətdəcə ölkənin ən böyük müxalifət partiyası olacaq”.Avropanın aparıcı ölkələrinin futbol komandalarının zəifləyəcəyi təqdirdə, Azərbaycanın çempion olacağı fikrimi heç kəs qəribçiliyə salmasın.9. Əli Həsənov – baş nazirin müavini: “Azərbaycanda heroinin dövriyyəsi 1,9 dəfə artıb”.
Son vaxtlar polislərimizin də bu biznesə girişmələrini nəzərə alsaq, burda təəccüblü heç nə yoxdur…

10. Elariz Məmmədoğlu – “belə getsə… gələcəyin xalq artisti: ”Yaxın dostum, qızının toyunu apardığıma görə mənə Moskvada mənzil bağışlayıb”.Biz də sənə Allahdan məlahətli səs, nitqindəki qüsurların tezliklə aradan qalxmasını diləyirik…