Iordaniyada hökumət dəyişikliyi

Kral Abdulla islahatları ləngidən baş naziri istefaya göndərdi

Iordaniya kralı bu ilin fevralında iş başına gələn Maruf əl Bahit hökumətini istefaya göndərib. Kral Abdulla baş nazir Maruf əl Bahiti vəzifəsindən azad edərək, onun yerinə Aun Xasvaneyi təyin edib. Bundan başqa, kral hüquqşünas Hasvaneyə yeni kabinetin qurulması tapşırığını verib. Qeyd edək ki, Iordaniya parlamentində oktyabrın 16-da keçirilən səsvermədə islahatları ləngidən Bahitin vəzifədən azad edilməsi tələbi haqda qərar qəbul edilmişdi. Təqaüddə olan general Bahit də bundan sonra istefa ərizəsini kral Abdullaya təqdim etmişdi. “Ərəb baharı” üsyanlarından ehtiyatlanan Iordaniya kralı Abdulla Maruf əl Bahiti ölkədə islahatlar keçirilməsi üçün bu ilin fevralında baş nazir təyin etmişdi.