İctimai Palata müstəqillik gününü izdihamla qeyd etdi

Xalq Hərəkatının lideri Əbülfəz Elçibəy və şəhidlərimizin məzarları ziyarət olundu (VİDEO/FOTOLAR)

 

18 oktyabrda müstəqillik tariximizin 20 ili tamam olur. Bu əlamətdar gün münasibətilə İctimai Palataya daxil olan siyasi partiyaların, ziyalıların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, gənclərin, palatanın üzvlərinin iştirakıyla Fəxri Xiyabanda Xalq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarı ziyarət olundu.Əbulfəz Elçibəyin məzarı önündə toplaşan ziyarətçilər onun ruhuna dualar oxudu, abidəsi önünə əklillər qoydu.

Axcp Sədri Əli Kərimli Elçibəyin məzarı önündə çıxış edərək İP  tərəfdarlarını və xalqı təbrik etdi.Əli Kərimli çıxışında  müstəqillik gününə biganə münasibətinə görə hakimiyyəti də sərt tənqid etdi. O çıxışında müstəqilliyi bərpa edən şəxslərə müraciət edib onları demokratikləşməyə də oz töhvələrini vərməyə səslədi.

Fəxri Xiyabandan sonra İctimai Palata tərəfdarları Şəhidlər Xiyabanına dinc yürüş keçirdilər. Bayram ziyərətini çox sayda polis müşayət etsə də, tədbirə heç bir müdaxilə olmadı.