Yəmən diktatoru istefaya məcbur oldu

Hərbçilərin də ondan üz döndərməsi Salehin taleyini həll etdi

Yəmən prezidenti Əli Abdullah Saleh yaxın günlərdə istefaya gedəcəyini bildirib. O, bunu şənbə günü televiziya ilə çıxışında bəyan edib. Bu barədə “Reuters” agentliyi xəbər yayıb.
Xatırladaq ki, 9 aydır Yəməndə prezidentin istefası tələbilə kütləvi etiraz aksiyaları keçirilir. Bu qarşıdurmalar nəticəsində, hətta Saleh ağır yaralanaraq ölkədən getmək məcburiyyətində qalmışdı. Xeyli müddət idi ki, o, Səudiyyə Ərəbistanında müalicə olunurdu. Saleh Yəmənə qayıdandan sonra isə tərəflər arasında qarşıdurma yenidən qızışdı.
Nəyahət, Salehi istefaya getməyə vadar edən başlıca səbəb artıq hərbçilərin də ondan üz döndərməsidir.