ABŞ-ın prezidenti Tunisin demokratiyaya keçidinə güclü dəstək veriləcəyini bildirdi
Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən üsyan dalğasının başlandığı Tunisdə demokratiyaya keçid mərhələsi davam etdiyi vaxt ABŞ prezidenti Barak Obama bu ölkənin siyasi və iqtisadi inkişafına dəstək olacağına söz verib. Tunisin baş naziri Bəci Qaidə Əssəbsini Ağ Evdə qəbul edən Obama bildirib ki, “Ərəb baharı”adlanan demokratiya hərakatının məhz Tunisdə başladığı üçün bu ölkənin liderini Vaşinqonda çoxdan görmək istəyirmiş.
Tunisin siyasi və iqtisadi cəhətdən inkişafın staret verildiyi söyləyən Ağ ev rəhbəri bunun ABŞ tərəfindən yüksək qiymətləndirildiyini də bildirib. Obama ABŞ-ın Tunisə siyasi və iqtisadi cəhətdən dəstək olacağını və yardımlar göstərəcəyini söyləyib. Ağ ev rəhbəri xüsusən də demokratiya və insan haqlarının inkişafına önəm verdiyini və yöndə ABŞ-ın Tunisin yanında olacağını vurğulayıb.
Əssəbsi də Tunisin demokratiya hərəkətinə verdiyi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirərək ölkəsindəki dəyişikliklərin bölgənin digər yerlərinə də yayılacağna ümid etdiyini söyləyib.