İlham Əliyev Rusiyaya təcavüzkar deyib

Ölkə başçısı Pentaqon rəsmisi ilə görüşdə qalmaqal yarada biləcək fikirlər səsləndirib

«Rusiya və Iranın apardığı siyasət bütün dünya üçün ciddi fəsadlar törədə bilər»

Müxtəlif ölkələrdə çalışan amerikalı diplomatların Vaşinqtona göndərdikləri gizli teleqramları açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı sənədlərin dərcini davam etdiririk. Açıqlanan növbəti  gizli teleqram da bundan əvvəlkilər kimi, ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersiyə aiddir.

Əliyevdən Iran və Rusiyaya ittihamlar

Diplomat 2008-ci il 23 aprel tarixli məktubunda ABŞ müdafiə nazirinin müavini Daniel Fatanın ölkəmizə səfəri və Ilham Əliyevlə keçirdiyi görüşün detallarını qeyd edib. Enn Dersi yazır ki, Ilham Əliyevin Daniel Fata ilə görüşü zamanı ikitərəfli münasibətlər, beynəlxalq terrorizmə qarşı mübarizə və regional məsələlər müzakirə olunub. Əliyev amerikalı rəsmiyə bildirib ki, Azərbaycan Qərb prioritetlərini dəstəkləyir və buna qarşılıq olaraq Qərb dünyasından ciddi dəstək gözləyir. Əliyev qeyd edib ki, Azərbaycan iki nəhəng ölkə ilə –  Rusiya və Iran kimi imperialist ölkələrlə həmsərhəddir. Bu iki ölkə dünya siyasətində mühüm sayılan prinsipləri inkar edir. Rusiya və Iran beynəlxalq konvensiyalara məhəl qoymur. Ilham Əliyevin sözlərinə görə, Rusiyanın siyasi sferada atdığı addımlar, Iranın isə nüvə proqramıyla bağlı fəaliyyəti bunun sübutudur. 
Ilham Əliyev amerikalı qonaqla söhbət zamanı Rusiya və Iranın ünvanına ittihamlar səsləndirib. O deyib ki, Rusiya və Iranın apardığı siyasət region, eləcə də bütün dünya üçün ciddi fəsadlar törədə bilər: “Əliyev dedi ki, Rusiya və Iranın tutduğu mövqe beynəlxlaq normaların sərhədlərini aşır. Bu iki dövlətin atdığı addımların gələcəkdə törədəcəyi fəsadları isə heç kim müəyyənləşdirə bilmir”.
Azərbaycan rəhbəri Rusiyanın təcavüzkar siyasət yürütdüyünü də bildirib: “Ilham Əliyev Rusiyanın Abxaziyanı tam nəzarətə götürmək və bundan Gürcüstana qarşı yararlanmaq məqsədi güddüyünü amerikalı rəsminin diqqətinə çatdırıb. Ilham Əliyev Daniel Fataya söyləyib ki, Ermənistan Rusiyanın qanadlarına sığınıb, Gürcüstana ABŞ-ın açıq dəstəyi hiss olunur, Azərbaycan isə bütün problemlərlə təkbaşına mübarizə aparır. Ilham Əliyev onu da əlavə edib ki, əgər Azərbaycan olmasa Rusiya enerji ehtiyatlarıyla özünün müstəmləkəçilik siyasətini davam etdirəcək. Onun sözlərinə görə, Rusiya enerji gücü ilə Gürcüstan və Ukraynaya təsir etməyə çalışır, həmçinin bu ölkələrdə daxili sabitliyin pozulmasına səylər göstərir. Ilham Əliyev bildirib ki, Azərbaycan olmasa Gürcüstanda vəziyyət daha da pisləşər. Azərbaycanın Gürcüstana dəstək verməsi Rusiyanı qəzəbləndirir. Ilham Əliyev amerikalı rəsminin diqqətinə çatdırıb ki, Azərbaycan ABŞ və Avropa Birliyi ilə sıx əməkdaşlıq etməklə yanaşı, Mərkəzi Asiyanın enerji ehtiyatlarının Qərb bazarlarına çatdırılmasına çalışır”.

ABŞ konqresmenləri ilə “şah-xan” söhbəti

“WikiLeaks” saytının açıqladığı başqa bir məxfi teleqramın da müəllifi ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dersidir. Diplomat 2008-ci il 26 iyun tarixli teleqramında Ilham Əliyevin ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti ilə keçirdiyi görüşün pərdəarxası məqamlarını qeyd edib: “Mayın 24-də Azərbaycanda səfərdə olan ABŞ Konqresinin nümayəndə heyətiylə Ilham Əliyevin görüşündə ikitərəfli münasibətlərin prioritetləri, təhlükəsizlik və demokratiya məsələləri müzakirə edilib. Ilham Əliyev amerikalı qonaqlara bildirib ki, Azərbaycan ABŞ-la münasibətlərinin yaxşılaşdırılmasında maraqlıdır və bu yöndə mühüm addımlar atır”.
Teleqramda diqqətçəkən məqam ondan ibarətdir ki, Ilham Əliyev Azərbaycan hakimiyyətində təmsil olunanların ölkədə demokratiyanın inkişaf etdiyinə, ölkədə güclü siyasi sistemin mövcudluğuna dair açıqlamalarını təkzib edib: “Demokratiya məsələlərinin müzakirəsi zamanı nümayəndə heyətinin başçısı Şiffin Azərbaycanda söz azadlığının vəziyyətinə dair sualına Ilham Əliyev bildirib ki, rəhbərlik etdiyi ölkə demokratik prinsiplərə can atır. O, Azərbaycanın Avropa Şurasına (AŞ) könüllü üzv olduğunu söyləyib və əlavə edib ki, rəsmi Bakı tez-tez AŞ-ın sərt təndiqləri ilə üzləşir. Əliyev bu irad və tənqidlərin normal olduğunu, bunlardan nəticə çıxarılmalı olduğunu da amerikalı qonaqlara söyləyib. O, əlavə edib ki, Azərbaycan və Ermənistanda heç vaxt siyasi sistem olmayıb”.
Görüş zamanı Ilham Əliyevin daha bir etirafı amerikalı diplomatın diqqətini çəkib. O, konqresmenlərə bildirib ki, Azərbaycan və Ermənistan antidemokratik rejimlər tərəfindən idarə olunub. Bu ölkələrdə siyasi sistemin zəif olması da bunlardan qaynaqlanır: “Hər iki ölkə tarix boyu şah, xan və kommunistlər tərəfindən idarə olunub”. Ilham Əliyev daha sonra vurğulayıb ki, Azərbaycanda siyasi sistemin mövcudluğuna dair işartılar var. Ancaq siyasi sistem güclü deyil.

DAK-dakı dava və Sabir Rüstəmxanlı haqda “dosye”

Açıqlanan digər məxfi teleqram isə 2008-ci il dekabrın 12-də ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donlad Lu tərəfindən yazılıb. Donald Lu Dünya Azərbaycanlıları Konqresi (DAK) daxilində gedən nüfuz savaşı, Azərbaycan hakimiyyətinin qurumu ələ keçirmək istiqamətində gördüyü işlərdən və təşkilata rəhbərliyə iddialı olan Sabir Rüstəmxanlının güvəndiyi qruplardan bəhs edir: “Azərbaycan parlamentinin üzvü Sabir Rüstəmxanlı və Dünya Azərbaycanlıları Konqresinin (DAK) hazırkı sədri Qulamrza Səbri Təbrizi arasında quruma rəhbərlik uğrunda mübarizə gedir. Təşkilat daxilində yaranmış parçalanmanın səbəbləri kimi isə prioritet məsələlərdə fikir ayrılığının mövcudluğu göstərilir. Təbrizi və xarici ölkələrdə yaşayanlar, DAK-ın rəhbərliyində təmsil olunanlar bildirir ki, Azərbaycan hakimiyyəti Sabir Rüstəmxanlını dəstəkləyir və diaspora işinin aparılmasına ciddi müdaxilələr etməklə maneələr törədir”.
Donald Lu Sabir Rüstəmxanlının arxasındakı qüvvənin kimliyini də yazıb: “Qulamrza Səbri Təbrizi hesab edir ki, Sabir Rüstəmxanlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və komitə sədri Nazim Ibrahimov tərəfindən ciddi dəstək görməsə, belə rahat və aqressiv addımlar ata bilməz. Təbrizi bildirib ki, Mehdiyev və Ibrahimov iki məsələyə görə Rüstəmxanlıya dəstək verir. Birincisi, Ibrahimov və Azərbaycan hökumətinin digər üzvləri DAK-ı ələ keçirmək və quruma nəzarət etməyə çalışırlar.
Təbrizi hesab edir ki, Azərbaycan hökuməti DAK-ın fəaliyyətinə nəzarət etməklə öz “diaspora işi”nə dəstək qazanmaq istəyir. Təbrizi onu da vurğulayır ki, Azərbaycan hökuməti parçalanmış və heç bir effekti olmayan diaspor təşkilatları və rəhbərləri üzərində öz təsirini gücləndirməyə nail olacaq və bundan öz maraqları naminə istifadə edəcək”.

Siyasət şöbəsi

Wiki-Arxiv:

Heydərov Koreya şirkətini ölkədən necə qovub?

Ekologiya nazirinin ABŞ diplomatlarına açdığı sirr

“WikiLeaks”də Naxçıvan dəhşətləri

Samir Şərifovun ABŞ diplomatına korrupsiya etirafı

Elnur Aslanovu “nurçu”larla nə bağlayır?

“WikiLeaks” Cəlal Əliyevi ifşa etdi

İran-Ermənistan münasibətləri “WikiLeaks”də

Hakimiyyətdaxili savaş səfirin məxfi məktubunda

Bakıdakı “məmur toyxanası”nda insan alveri

“Qaçqınkom” sədri hakimiyyəti ifşa edib

Əliyev Saakaşvilidən niyə gileylənib?

Rail Rzayevin qətli barədə Vaşinqtona hansı məlumat verilib?

Baş nazir İrandan pul alır?

Gömrük şefi Əliyev komandasını satıb

Partiya sədrinin adı nazirin “maaş cədvəli”ndə

“Barmek”in cəzalandırılma səbəbi “WikiLeaks”də

İlham Əliyev ABŞ-a Fərhad Əliyev haqda nə deyib?

Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb

Əliyev Türkiyəyə yalançı və satqın deyib

İqtidardaxili savaşın şok detalları

XİN əməkdaşları İlham Əliyevi satıb

Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib

İsrail səfiri Əliyevi “satıb”

“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”

Əliyev Kramerlə nəyə görə savaşıb?

Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb

Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib

«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar

Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?

İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib

“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər

İlham Əliyevin sərvəti kimin adınadır?

“WikiLeaks” müxalifətin də sirlərini yaydı

Əliyev İranı “vəhşi heyvan”a bənzədib