Bakı meriyasından müdhiş cinayət (FOTOLAR)

Hacıbala Abutalıbov paytaxtdakı ağacları necə məhv edir?

Bakı meri Hacıbala Abutalıbov paytaxtdakı ağacları məhv etməklə məşğuldur. Bu iddianı isbat etmək üçün əlimizdə ağacların məhv edilməsinə dair yüzlərlə fakt var. Ağacların məhvi xüsusi üsullarla həyata keçirilir. Bu sıraya əsasən “budama”, ağacların “işıqlandırılması” daxildir. Hacıbala Abutalıbov yeri gəldi-gəlmədi, vaxtı nəzərə almadan ağacları budamaqla onların qurumuş kötüyə çevirir. “Budama əməliyyatı” əsasən çoxillik ağaclara qarşı aparılır. Ağacların “işıqlandırılması” isə daha dəhşətlidir. Bu zaman ağaclar gövdəsində şırımlar açılır və ora çılçıraqlı naqillər yerləşdirilir. Ağacın gövdələnməsinin zədələnməsilə onun inkişafının qarşısı alınır. Bir müddət keçəndən sonra ağac quruyur.

Ağacların bu şəkildə məhv edilməsi səbəbsiz deyil. Hajıbala Abutalıbov üçün bu, korrupsiya mənbəyidir. Bakı meri ağacaları qurutduqdan sonra onların yerinə yenilərinin əkilməsi lazım olur. Yeni ağaclar isə əsasən xaricdən gətirilən ekzotik ağaclardır ki, onların da qiyməti bir neçə dəfə şişirdilir. Beləliklə də Bakı meriyası ağac cinayəti ilə milyonlarla manat vəsaiti mənimsəyir.

İnformasiya şöbəsi