Merkel Türkiyənin AB üzvlüyünə qarşı çıxdı

Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa Birliyində tamhüquqlu üzvlüyünə qarşı çıxış edib. “Biz Türkiyənin tam hüquqlu üzvlüyünü istəmirik. Lakin biz vacib tərəfdaş kimi Türkiyəni itirmək istəmirik. Türkiyə bizim üçün vacibdir, onunla sıx əlaqə qurmalıyıq”, – deyə Merkel bildirib. Onun sözlərinə görə Avropa Birliyi Türkiyə ilə daha sıx siyasi əməkdaşlıq etmək üçün vasitələr tapmalıdır(APA).

Xatırladaq ki, Merkelin çıxışından bir qədər əvvəl Berlinin Humboldt universitetində çıxış edən Abdullah Gül Ankaranın strateji məqsədinin Avropa Birliyinə daxil olmaq olduğunu bildirib. O, alman hökumətinin təklif etdiyi Avropa Birliyinin Türkiyə ilə “imtiyazlı tərəfdaşlıq” modelinə qarşı çıxıb və Türkiyənin Avropa Birliyinə daxil olmaması üçün süni maneələr yaratmamağa çağırıb.