Ötən gün İspaniya La Liqasının III turunun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
Yeni mövsüm öncəsi bahalı transferləri ilə diqqət çəkən “Malaqa” klubu səfərdə “Malyorka”nın qonağı olub. Oyun “Malaqa”nın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
“Villareal” səfərdə “Qranad”ya 0:1 hesabı ilə məğlub olduğu halda, “Valensiya” “Sportinq”dən, “Sevilya” isə “Real” (Sosyedad) klubundan üstün olub – 1:0.
La Liqanın əsas favoritlərindən olan “Barselona” isə öz meydanında “Osasuna”nı qəbul edib. Katalonlar rəqiblərinə sözün əsl mənasında futbol dərsi keçiblər – 8:0.