Deputat keçmiş şərikini öldürtmək istəyir

Əsabil Qasımov Məjlum Şükürovu döysə də, ürəyi soyumayıb

79 saylı Imişli Seçki dairəsindən Milli Məclisə deputat seçilən Əsabil Qasımov seçicisi Məjlum Şükürovu döydürüb. Məjlum Şükürov həm də deputatın şəriki olub. Bu barədə məlumatı “Bizim Yol” qəzetinə Məjlum Şükürovun yaxınları verib.
Məlumata görə, deputatla keçmiş şəriki arasında problem onların bir il əvvəl yaratdıqları biznes layihəsi ilə bağlıdır. Iddia olunur ki, Əsabil Qasımov deputat mandatı alandan sonra şəriki ilə üzülüşmək qərarına gəlib. Məjlum Şükürov deputatdan öz haqqını tələb etsə də, nəticəsi olmayıb. Bu halda o, Əsabil Qasımovdan şikayət edib. Bundan sonra deputatın yaxınları Məjlum Şükürovu döyüblər. Məlumatlara görə, deputat bununla kifayətlənməyərək keçmiş şərikini öldürtməklə hədələyir. Bu baxımdan Məjulm Şükürov təhlükəsizliyi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.