Ticarət Mərkəzinin satıcıları rəhbərliyin əlindən boğaza yığıldıqlarını deyirlər
Sədərək Ticarət Mərkəzində yer haqları hər kvardat metrə 10 manat olmaqla artırılıb. Bu, hər mağazaya əlavə olaraq ayda 50-60 manat ödəmə deməkdir. Bu barədə şikayətlərini satıcılar özləri “Azadlıq”a bildiriblər. Onların sözlərinə görə, rəhbərlik qiymət artımının hansı səbəbdən olduğunu izah etmir. Narazılıq edənlərə bir söz deyilir: xoşun gəlmir, çıx get.
Satıcılar iddia edir ki, ticarət mərkəzinin rəhbərliyi onlardan enerji haqqı kimi də əlavə pul yığır: “Mağazaların heç birinin sayğacını biz görmürük. Guya sayğaclar ayrı bir yerdədir və onlara rəhbərlik nəzarət edir. Üzünü görmədiyimiz sayğaclardan hər ay ağlasığımaz məbləğdə enerji haqqı gəlir. Verdiyimiz pula görə heç qanuni çek də ala bilmirik”.
Səyavuş