beyubov

Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib

“Wikileaks”dən daha bir sənəd: “Azərbaycanda çoxlu akula var, burada işləmək çətindir”

 

«Castel» şirkətinin rəhbəri: «Faiz tələbindən sonra şirkəti «Baltika»ya satdım, Kərəm Həsənovun təzyiqilə isə Cəlilabaddakı üzümlüklər əlimdən çıxdı»

 

“Wikileaks” Azərbaycan hökumətinin daxili və xarici siyasəti haqda yeni materialları açıqlamaqda davam edir. Amerikalı diplomatların üç il əvvəl hazırladıqları materialların birində bir çox suala cavab tapmaq olar.
Iri pivə istehsalçısı – Fransanın “Castel” şirkətinin gözlənilmədən Azərbaycanı tərk etməsi də belə məsələlərdən biridir. Məlum olub ki, şirkətin getməsinə səbəb onun ölkənin ali rəhbərliyinə yaxın adamlar tərəfindən ələ keçirilməsidir. Azərbaycan hakimiyyəti hər yerdə sahibkarlar üçün yaradılan əlverişli biznes atmosferindən və təhlükəsizliklə bağlı zəmanətlərdən danışır. Lakin əslində, hər şey tərsinədir. Belə ki, ABŞ səfiri Enn Dersinin 2008-ci ilin may tarixli məktubunda deyilir: “Biznes sahəsində əlverişsiz şəraitin olması ilə əlaqədar xarici investorların çoxu Azərbaycanı tərk edir. Onlardan biri də fransalı biznesmen, “Castel” pivə zavodunun sahibi Jan Pol Lanfrançidir”. “O bildirib ki, özünün çoxmilyonlu biznesinə görə ehtiyat edir və bu səbəbdən müəssisənin 40%-nin ölkə prezidentinin təhlükəsizlik xidmətinin rəisi Bəylər Əyyubova satılması tələbindən sonra şirkəti Rusiyanın ”Baltika” şirkətinə satmağı qərara alıb. Azərbaycan adlı hövzədə çoxlu akula var və burada işləmək çətindir”, – deyə o, əlavə edib və qeyd edib ki, bundan əvvəl müəssisənin satışı ilə bağlı “Carlsberg” və “Efes” şirkətlərinin təkliflərini qəbul etməyib.
Sonra o qeyd edib ki, digər rəsmi şəxs- Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovun təzyiqləri altında Azərbaycanın cənubunda Cəlilabad rayonundakı üzümlüklərini də satmağa məcbur olub.
Lanfrançi deyib ki, öz təhlükəsizliyi ilə bağlı narahatdır. Halbuki, Ermənistan və Gürcüstanda da bu işlə məşğul olur və bu cür problemlərlə üzləşmir.
“Castel” və onun əsas investoru “Citigroup” müəssisəyə 26 mln. dollar sərmayə qoyub və müəssisə yaxşı işləyərək ildə 60 mln. litr pivə istehsal edib, Azərbaycanın ən iri vergi ödəyicilərindən biri olub. Belə tendensiya Azərbaycanın işgüzar imicinə zərər vuracaq və potensial investorların uzaqlaşmasına şərait yaradacaq, deyə səfir qeyd edib. “Citigroup”un “Castel”dəki investisiyalarını nəzərə alsaq, bu müəssisə Azərbaycanın qeyri-neft sektoruna qoyulmuş ən iri Amerika investisiyalarından biri olub(Turan).

“WikiLeaks” ARXİV:

İsrail səfiri Əliyevi “satıb”

“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”

Əliyev Kramerlə nəyə görə savaşıb?

Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb

Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib

«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar

Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?

İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib

“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər

İlham Əliyevin sərvəti kimin adınadır?

“WikiLeaks” müxalifətin də sirlərini yaydı

Əliyev İranı “vəhşi heyvan”a bənzədib