Çempionlar Liqasında “play-off” oyunları başlayıb

Dünən UEFA Çempionlar Liqasında “play-off” mərhələsinin ilk oyunlarına start verilib. 
Lent.az-ın məlumatına görə, dünən 5 oyun keçirilib. 
İngiltərənin “Arsenal”ı evdə İtalyanın “Udineze” klubunu minimal hesablı məğlubiyyətə uğradıb – 1:0
Rusiya “Rubin”I isə səfərdə Fransanın “Lion” klubuna böyük hesablı məğlub olub. – 3:1
Danimarkanın “Kopenhagen” klubu doğma meydanda Çexiyanın “Viktoriya” klubuna məğlub olub – 1:3
Belorusun BATE klubu isə evdə Avstriyanın “Şturm” klubu ilə bərabərə qalıb – 1:1
Digər oyunda isə “Tvente” (Hollandiya) “Benfika” ilə heç-heçə edib – 2:2
Xatırladaq ki, bu mərhələdə 20 komanda qruplara düşə bilmək üçün mübarizə aparır. 
Cavab oyunları avqustun 23-24-də keçiriləcək.
Onu da bildirək ki, bu gün daha 5 oyun keçiriləcək.
23:45. Visla (Polşa) – APOEL (Kipr)23:45. Makkabi (Hayfa, İsrail) – Genk (Belçika)23:45. Dinamo (Xorvatiya) – Malmö (İsveç)23:45. Odense (Danimarka) – Villarreal (İspaniya)23:45. Bayern (Almaniya) – Sürix (İsveçrə)