Əliyevin mülkləri olan ada cəhənnəmə dönür

Palm Jumeirahın su və kanalizasiya sistemi çöküb

Dubayda süni şəkildə salınan məhşur palma şəkilli  adada (Palm Jumeirah) lüks Oceana hissəsində su və kanalzasiya sistemi məlum olmayan səbəblərdən çöküb. Mütəxəsislər problemin yaranma səbəbini bilmədikləri kimi onu nə zaman aradan qaldırmağın mümkün olacağını da söyləməyə çətinlik çəkirlər. Yaranmış problem nəticəsində 42 dərəcə istilikdə dünyanın ən zəngin adamları dəniz və hovuzlarında çimək məcburiyyətində qalıblar.
Qeyd edək ki, Palm Jumeirah-da Azərbaycanın dövlət başçısı İlham Əliyevin övladlarının adına da mülklər var. Onların ümumi dəyəri 75 milyon dollardır.

İnformasiya şöbəsi