ozunu-yandiran

Naxçıvanda incidilən kəndli özünü yandırdı

Şərur sakini hakimiyyətin özbaşınalığına özünəqəsdlə etiraz etdi

 

Naxçıvan MR Şərur rayonunun Kosacan kənd sakini Sahib Məmiyev ötən gün özünü yandırıb. Bununla o, hakimiyyətin taxıl yığmaq üçün ona texnika verməkdən imtina etməsinə etirazını bildirib.
Hazırda yerli hakimiyyət bütün texnikanı rayon rəhbərliyi və ona yaxın adamların sahələrində taxılın yığılmasına yönəldib. Sadə kəndlilər isə gözləməlidir və bu səbəbdən bəzən gec yığımla əlaqədar məhsulun bir hissəsini itirirlər.
Məmiyevin vəziyyəti ağırdır. O, Şərur rayon xəstəxanasına yerləşdirilib.
Şərur rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb (“Turan”).