Böhran Qrupu Azərbaycanla bağlı hesabat açıqladı

«Kazan görüşündən sonra Azərbaycanda siyasi məyusluq və bədbinlik hissləri artıb»

Beynəlxalq Böhran Qrupu iyul ayı üçün dünyada mövcud və potensial münaqişələrin inkişaf meylləri barədə hesabatını açıqlayıb. Dünyada onlarla münaqişəyə qiymət verən ekspertlər Somali, Kosovo, Suriya, Əfqanıstan və digər ölkələrdəki münaqişələrin inkişaf meylini “Vəziyyətin pisləşməsi” kateqoriyasına daxil ediblər(APA).
Beynəlxalq Böhran Qrupunun hesabatına görə, dünyada mövcud olan heç bir münaqişədə müsbətə doğru dəyişiklik müşahidə edilmir. Qrup Azərbaycanla Ermənistan arasındakı münaqişəni “Dəyişməz vəziyyət” kateqoriyasına aid edib. Diqqəti çəkən məqam isə odur ki, BBQ açıqladığı sənəddə Qarabağın Azərbaycana aid ərazi olduğunu qeyd edib: “Prezidentlərin Kazan görüşündən öncə münaqişənin nizamlanmasında əsaslı tərəqqi gözlənilirdi, lakin görüş nəticəsiz başa çatandan sonra münaqişə tərəflərində, ələlxüsus Azərbaycanda siyasi məyusluq və bədbinlik hissləri artıb”.