Netanyahu 1967-ci il sərhədlərinin bərpa edilməsi danışıqlarına razılıq verdi
İsrailin baş naziri Binyamin Netanyahu Fələstinlə 1967-ci il sərhədlərinin bərpa edilməsi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bəyan edib. “Associated Press” agentliyinin verdiyi məlumata görə, İsrail əvvəllər bu məsələ ilə bağlı hər hansı bir kompromisə getməkdən qəti şəkildə boyun qaçırırdı.
“The Daily Telegraph” qəzeti Netanhayunun regionda sülhə ABŞ prezidenti Barak Obamanın bu ilin mayında irəli sürdüsyü təkliflər əsasında nail olmaq istədiyini yazıb. Qəzetin yaydığı məlumata görə, danışıqlar Fələstinin İsrailin müstəqilliyini tanıyacağı təqdirdə baş tutacaq. Bundan başqa Fələstin İsraillə danışıqlara başlamaq üçün BMT-yə tamhüquqlu üzvlükdən də imtina etməlidir. Bu iki amilin şərt kimi irəli sürüldüyü bildirilir.
Xatırladaq ki, 1967-ci ilin iyun müharibəsi dövründə ərəb dövlətləri İsrail ordusu tərəfindən ağır məğlubiyyətə düçar оlmuşdu. Bir neçə gün davam еtmiş döyüşlər nəticəsində yəhudilər Fələstinin qalan hissəsini də işğal еdə biliblər. Bu ərazilərə Fələstinin qərb, Qüdsün isə şərq hissəsi və Qəzza zоlağı da daхil idi. Bu zaman 330 min fələstinli öz daimi yaşayış yerlərindən didərgin düşüb. İsrail ordusu həmçinin, Suriyanın Colan təpələri (1150 kvadrat kilometr) və Misirin Sina (61198 kvadrat kilometr) yarımadasını da tutub.
İnformasiya şöbəsi