AXCP Belarusa borc məsələsini müzakirə edib

Rəyasət Heyəti Yaşar Bağırsoyun həyatına təhlükədən narahatdır

AXCP Ali Məclisinin Rəyasət Heyəti avqustun 1-də növbəti iclasını keçirib. Partiyanın rəsmi saytında (www.axcp.az) yerləşdirilən məlumata görə, Rəyasət Heyəti ictimai-siyasi vəziyyəti və təşkilatlanma məsələlərini müzakirə edib. Azərbaycan hökumətinin avtoritar Lukaşenko rejiminə 300 milyon manatlıq kredit verməsi anti-milli görsəniş kimi tənqid edilib və bu barədə AXCP-nın mövqeyini əks etdirən bəyanat qəbul olunub.
AXCP RH Naxçıvanda partiyanın yerli rəhbəri Yaşar Bağırsoy və onun ailə üzvlərinə yönlənən təzyiqləri də dəyərləndirib. Yaşar Bağırsoyun polisdə verilən işgəncələrdən qan qusması və onun tibbi yardımdan məhrum edilməsi, ona İrana gedib müalicə almağa imkan verilməməsi anti-humanist addım kimi pislənilib.
AXCP RH hesab edir ki, Yaşar Bağırsoya qarşı yönələnlər onun qəsdinə hesablanıb, onun sağlamlığına görə birbaşa hakimiyyət cavabdehdir.
RH-də 2 aprel məhbuslarının müdafiəsi üçün görülən işlər barədə hesabat dinlənilib, məhbuslar və onların ailələrinin müdafiəsi istiqamətində növbəti iş bölgüsü aparılıb.