Serblərin keçid məntəqəsinə hücumu NATO sülhməramlılarını hərəkətə gətirdi; bölgədə fövqəladə vəziyyət élan olundu
Kosovada serblərin ölkənin şimalında yerləşən sərhəd qapısına hücum etməsi və oranı yandırmasından sonra NATO-nun nəzdindəki Kosovo Sülhməramlı Qüvvələrin (KFOR) komandanı Erad Buler bölgədə fövqəladə vəziyyət élan olunduğunu açıqlayıb.
Hadisələrlə bağlı Kosovo televiziyasına açıqlama verın Buler 1 nömrəli sərhəd qapısında yaşanan olayları terror aktı kimi dəyərləndirib. KFOR-un komandanı bundan sonra silahlı qüvvələrin ən kiçik hadisəyə belə göz yummayacağını və dərhal adekvat cavab verəcəyini söyləyib.
Xatırladaq ki, bölgədə gərginlik Kosovo polisinin iyulun 25-də gecə saatlarında keçirdiyi əməliyyatdan sonra Serbiyadan idxal edilən məhsullara məhdudiyyət qoyulması üçün 1 və 31 nömrəli sərhəd qapılarını nəzarətə götürməsindən sonra daha da artmışdı. Kosovo hökuməti rəsmi Belqradın Kosovadan ixracata qadağa qoymasında cavab olaraq bu addımı atıb. İyulun 24-də bölgədə yaşayan serblərlə Kosova polisi arasında yaranmış qarşıdurma zamanı asayiş keşikçilərindən biri öldürülmüşdü. Silahlı serblər Yarinye böləgsindəki 1 nömrəli sərhəd məntəqəsinə hücum etmiş, oranı yandırmış və KFOR qüvvələrinə atəş açmışdılar.
AFP agentliyinin Yarinye bölgəsindən verdiyi məlumata görə, sərhəd qapısına nəzarət tamamilə NATO-ya bağlı KFOR qüvvələrinin əlindədir. Hazırda bölgədə NATO əsgərləri keşik çəkir. Kosovo hökuməti də sərhəd bölgəsinə KFOR-un nəzarət etdiyini təsdiqləyib.KFOR komandanı Erad Buler hadisələrlə bağlı Serbiya prezidenti Boris Tadiçlə əlaqə saxladığını və olaylardan rəsmi Belqradın müdaxilə etməməsio tələbini qoyduğunu söyləyib.
Kosovonun baş naziri Haşim Taçi hadisələrə görə Serbiyanı ittiham edib. O, serb silahlılarına hücum əmrinin Belqraddan verildiyini söyləyib. Serbiya prezidenti Boris Tadiç də olayları pisləyib. Prezidentin mətbuat xidmətindən yayılan bəyanatda hadisəni törədənlər “xuliqan” adlandırılıb və onların Serbiya dövləti tərəfindən dəstəklənmədiyi vurğulanıb.
İnformasiya şöbəsi