Bu gün Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, bugünkü mübarizəyə “Neftçi”ni turnirdən kənarlaşdıran Zaqreb “Dinamo”sunun səfər oyunu ilə start veriləcək.
Xorvatiya çempionu ötən mərhələdə 10:0 hesabı ilə qalib gəlməklə, ÇL-in tarixinə ən böyük hesablı qələbə müəllifi kimi düşən Finlandiya HİK-inin qonağı olacaq.
Təbii ki, futbolsevərlərimizin əsas diqqəti “Trabzonspor”a yönələcək. Türkiyənin vitse-çempionu Portuqaliyanın ən titullu klublarından olan “Benfika” ilə çətin səfər oyununa çıxacaq. “Trabzonspor” Avroliqanın son mövsümündə yarımfinala kimi irəliləyən rəqibi ilə səfərdə münasib nəticə qazanarsa, çılğın azarkeşləri qarşısında cavab oyununda mərhələ keçmək şansını yüksəldəcək.
27 iyul
21:00. HİK (Finlandiya) – “Dinamo” (Zaqreb, Xorvatiya)23:00. “Kopenhagen” (Danimarka) – “Şamrok Rovers” (İrlandiya)23:00. “Odense” (Danimarka) – “Panatinaikos” (Yunanıstan) 23:05. “Makkabi” (Hayfa, İsrail) – “Maribor” (Sloveniya) 23:15. “Standart” (Belçika) – “Sürix” (İsveçrə) 23:45. “Rusenborq” (Norveç) – “Viktoriya” (Çexiya) 23:45. “Benfika” (Portuqaliya) – “Trabzosnpor” (Türkiyə)
Oyunların başlama saatı Bakı vaxtilə göstərilib.