Şahin Mustafayev: «Türkiyə ilə sərbəst ticarət sazişinə çox ehtiyatla yanaşırıq»
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Türkiyənin “Today’s Zaman” qəzetinə verdiyi müsahibədə deyib ki, Azərbaycanla Türkiyə arasında sərbəst ticarət razılaşması hələlik gündəlikdə deyil(APA).
Nazir bildirib ki, Azərbaycan tərəfi üçün prioritet yerli istehsalı dəstəkləməkdir. O, bildirib ki, Bakı Türkiyə ilə sərbəst ticarət sazişinə çox ehtiyatla yanaşacaq: “Zənnimcə, buna bir qədər vaxt lazım olacaq. Ilk növbədə bizim milli sahibkarlıq ayaq üstündə durmalıdır”.