İngiltərə də Liviya diktatorunun hakimiyyətdən getdikdən sonra ölkədə qalmasına razılıq verdi
NATO-nun Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı əməliyyatları davam etdiyi vaxt İngiltərənin xarici işlər naziri Uilyam Hoque maraqlı açıqlama verib. Onun sözlırinə görə, Liviya diktatoru hakimiyyətdən imtina etməlidir. Ancaq o, ölkəni tərk etmək məcburiyyətində deyil.
Houqe bu bəyanatı fransız həmkarı Alen Jüppe ilə Liviya münaqişəsinin həlli yollarına həsr olunmuş görüşündən öncə səsləndirib. Nazir diktatorun gələcək taleyi barədə qərarı Liviya xalqı verməli olduğunu söyləyib.
Bu arada BMT baş katibinin xüsusi elçisi Abdulillah Xatib Benqazidə Liviya üsyançıları ilə ölkədə yaranmış vəziyyətdən çıxış yollarını müzakirə edib. BMT mətbuat xidmətinin məlumatına görə, İordaniyanın keçmiş xarici işlər naziri olan Xatib Liviyada “siyasi nizamlanmaya nail olmaq üçün” görüşlərini davam etdirəcək. Onun Tripolidə Qəzzafi rejiminin təmsilçiləri ilə də görüşü nəzərdə tutulur.
İnformasiya şöbəsi